Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz KİÇİK GÜNAHLARIN BÖYÜK GÜNAHLARA ÇEVRİLMƏSİ

KİÇİK GÜNAHLARIN BÖYÜK GÜNAHLARA ÇEVRİLMƏSİ

Kiçik bir günahı bir neçə dəfə təkrar etmək həmin günahın böyük bir günaha çevrilməsinə səbəb olur
Kiçik günahların bəzi hallarda böyük günaha çevrilməsininin Quran ayələri və hədislərdən izahı:

Kiçik bir günahı dəfələrlə təkrarlamaq.

Kiçik bir günahı bir neçə dəfə təkrar etmək həmin günahın böyük bir günaha çevrilməsinə səbəb olur. Hətta bir kiçik günahdan sonra tövbə etməmək və yaxud tövbə etmək fikrində olmamaq da bu günahın böyük günaha çervilməsinə səbəb olur. Elə həyatda da bu cürdür: Nazik saplar cəm olduqda qalın bir ip düzəlir və daha bundan sonra ona sap yox, ip deyirlər.

Allah-Taala «Ali-imran» surəsinin 135-ci ayəsində buyurur:
«(Pərhizkar insanlar) tutduqları pis əməllərə bilə-bilə israr etməzlər».

İmam Baqir (ələyhissəlam) bu ayənin açıqlamasında belə buyurur: Günaha israr etməyin mənası budur ki, insan günah etdikdən sonra tövbə etməsin və yaxud tövbə etməyin fikrində olmasın. İmam Əli (ələyhissəlam) bu barədə buyurur:
«Günaha israr etməkdən çəkin. Çünki bu ən böyük günahlardan hesab olunur».

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə