Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz GÜNAHIN MƏNASI VƏ ONUN NÖVLƏRİ

GÜNAHIN MƏNASI VƏ ONUN NÖVLƏRİ

İslam dinində Allah-Taalanın əmrinə zidd olan əməllərə günah deyilir.

 

Günah müxalifət mənasınadır. İslam dinində Allah-Taalanın əmrinə zidd olan əməllərə günah deyilir. Günah kiçik də olsa belə, Allahın fərmanı ilə zidd olduğu üçün böyük sayılır. 
 
İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) Əbuzərə buyurur:
«Etdiyin günahın kiçik olmasına baxma; əksinə, kimin fərmanından boyun qaçırdığına bax.»
Quranda, eləcə də Peyğəmbərimiz (s) və İmamlarımızın kəlamlarında müxtəlif ibarələrlə günaha işarə olunub ki, onlardan hər biri günahın ziyanlarının müəyyən bir cəhətini açıqlayır, onun neçə növ olmasını bildirir. Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır:

1. «Zənb» - lüğətdə «ardıcıllıq» mənasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha «zənb» deyilir. Bu kəlmə Quranda 35 dəfə təkrar olunub.
2. «Məsiyət» - Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir.
3. «İsm» - süstlük etmək, geridə qalmaq və məhrum olmaq mənasında işlənir. Bu kəlmənin günah mənasında işlənməsi onu göstərir ki, günahkar heç vaxt özünü bacarıqlı hesab etməsin, əksinə o, geridə qalan bir şəxsdir. “İsm” kəlməsi də Quranda 48 dəfə təkrar olunub.
4. «Səyyiə» - Bu söz insana qəm-qüssə gətirən pis əməllərə deyilir. Ərəb dilində “səyyiə” sözü xoşbəxtlik mənasını verən “həsənə” sözünün antonimidir. Bu ifadə də Quranda 165 dəfə təkrar olunub. Qeyd etmək lazımdır ki, səyyiə kökündən olub, pis mənasını daşıyan «suu» sözü də Quranda 44 dəfə gəlmişdir.
5. «Cürm» - əslində meyvənin ağacdan ayrılmasına deyilir. Habelə, alçaq mənasını da daşıyır. Cərimə və cəraim sözləri də bu kökdən ayrılmışdır. İnsanı öz hədəfindən, həqiqətdən, səadətdən və bir sözlə təkamüldən saxlayan əməllərə «cürm» deyilir.
6. «Haram» - Qadağan olunmaq mənasını verir. Məsələn: Haram sözündən alınmış və hacılara məxsus geyim növü olan «ehram» paltarı (insanın həcc və ümrə əməllərini yerinə yetirən zaman geydiyi «ehram» paltarı) ona bir sıra işləri qadağan edir. Eləcə də İslamda müharibənin qadağan olunduğu aylara haram aylar deyilir. (Məsələn: Məhərrəm ayında müharibə etmək, dinimizdə haram və qadağan işlərdən biridir. Allahın evinin özünəməxsus ehtiramı olduğu üçün ona Məscidül-haram adı verilmişdir. Elə buna görə də kafirlərin onun içinə daxil olması qadağandır. Bu ifadə Quranda 75 dəfə təkrar olunub.

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə