Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli 13 növ günahın nəticəsi

Maraqli

13 növ günahın nəticəsi

İmam Səccaddan (ə) nəql olunmuş bir rəvayəti yada salmaq yerinə düşər. Bu rəvayətə əsasən 75 günahın dünyəvi nəticəsi var. Onlardan bə’ziləri bunlardır:
1. Neməti kəsən günahlar: “Allahın bəndəyə verdiyi neməti kəsən günahlar bunlardır: Xalqa sitəm, yaxşılığa sövq edən ruhiyyədən uzaqlıq, xalqa ehsan etməmək, nankorluq və şükürün tərki; Allah-təala buyurur: “Bir qövm öz halını dəyişməyincə Allah onların halını dəyişməz.”
2. Peşmanlıq gətirən günahlar: “Peşmanlıq gətirən günahlar bunlardır: Allah tərəfindən qətli haram buyurulmuş insanın qanını axıtmaq; Allah-təala qardaşı Habili öldürüb onu dəfn etməkdə aciz qalmış Qabil haqqında buyurur: “Qətldən sonra peşiman oldu”; qüdrətli olan vaxt qohumları yoxlamamaq, vaxtı ötənədək namazı tərk etmək, vəsiyyət etməmək, məzlumun haqqını verməmək, ölümə qədər, dil bağlananadək zəkat verməmək.
3. Nemətləri puç edən günahlar: Neməti zavala uğradan günahlar bunlardır: Bilərəkdən günaha yol vermək, xalqın haqqını tapdamaq, insanlara rişxənd, onların təhqiri.
4. Ruzini azaldan günahlar: Nemətin insana çatmasına mane olan günahlar bunlardır: Yoxsulluq və ehtiyacın izharı, gecənin əvvəlində namazın qəzaya getməsinə səbəb olan yuxu, sübh namazı qəzaya gedənədək yatmaq, neməti kiçik saymaq, Allahdan giley.
5. Abır-həyanı aparan günahlar: “Həya pərdəsini yırtan günahlar bunlardır: Şərab içmək, qumar oynamaq, tələskənlik edib xalqı güldürmək, mənasız iş, yersiz zarafat, insanların eybini danışmaq, şərab içənlərlə ünsiyyət.”
6. Bəla gətirən günahlar: “Bəla nazil edən günahlar bunlardır: Çətinliyə düşmüş insanın çağırışına cavab verməmək, məzluma yardım göstərməmək, əmr be məruf və nəhy əz münkəri (yaxşılığa dəvət və pisliyə qadağanı) tərk etmək.”
7. Düşmənin rişxəndinə səbəb olan günahlar: “Düşməni qələbəyə çatdıran günahlar bunlardır: Aşkar zülm, göz qabağında günah, haramı halal bilmək, salehlərin itaətindən çıxmaq, bəd əməl sahiblərinə itaət.”
8. Ölümü tezləşdirən günahlar: “Əcəli yaxınlaşdıran günahlar bunlardır: “Yaxınlarla əlaqəni kəsmək, yalandan and içmək, yalan danışmaq, zina, müsəlmanın yolunu bağlamaq, yersiz rəhbərlik iddiasında olmaq.”
9. Ümidi qıran günahlar: “İnsanı Allah mərhəmətindən məyus edən günahlar bunlardır: Allahın mərhəmətinə ümidsizlik, Allahın lütfünə diqqətsizlik, Allahdan qeyrisinə güvənmək, ilahi vədin təkzibi.”
10. Havanı qaraldan günahlar: “Havanı qaraldan günahlar bunlardır: Sehr-cadu, ulduzların taleyə təsirinə inanmaq, ilahi yazının təkzibi, valideynin üzünə qayıtmaq.”
11. İffət pərdəsini yırtan günahlar: “Haqq və bəndə arasındakı hörmət pərdəsini yırtan günahlar bunlardır: Qaytarmamaq məqsədi ilə borc almaq, israfçılıq, ailə-övlada və qohumlara qarşı xəsislik, qabalıq, səbirsizlik, tənbəllik, din əhlinin təhqiri.”
12. Duaların qəbuluna mane olan günahlar: “Duanın qəbuluna mane olan günahlar bunlardır: Pis niyyətlik, qəlbin çirkaba batması, din qardaşlarına qarşı iki üzlülük, duanın qəbuluna şübhə, vaxtı ötüşənədək namazı təxirə salmaq, Allaha yaxınlaşdıran saleh işlərdən uzaqlıq, sədəqə verməmək, söyüş söymək.”
13. Yağışı kəsən günahlar: “Yağışa mane olan günahlar bunlardır: Hakimlərin zülmü, yalan şəhadət, şahidliyi gizləmək, zəkat və borcun qarşısını almaq, xüsusi ilə qonşuların ehtiyac duyduğu əşyaları onlara verməmək, yoxsullara rəhmsizlik, yetim, dul qadın və yoxsula sitəm, yolçunu qovmaq, gecə vaxtı möhtacı rədd etmək.”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə