Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Peyğəmbərdən (s) soruşdular: “Fəqirlik nədir?”

Maraqli

Peyğəmbərdən (s) soruşdular: “Fəqirlik nədir?”

 



Peyğəmbərdən (s) soruşdular: “Fəqirlik nədir?” Buyurdu: “Allahın xəzinələrindən biri.” Yenə də soruşdular: “Fəqirlik nədir?” Buyurdu: “Haqq-təala tərəfindən olan bir lütf”. Üçüncü dəfə də təkrar etdilər. Buyurdu: “Elə bir şeydir ki, Allah onu risalət məqamına malik olan peyğəmbərdən və Allah yanında xüsusi hörmətə malik olan möminlərdən başqasına verməz”.
Sonra yenə də buyurdu: “Fəqirlik ölümdən daha şiddətlidir. Həzrət İbrahimə (ə) vəhy oldu: “Biz səni yaratdıq və Nəmrudun atəşi vasitəsi ilə səni imtahan etdik. Əgər fəqirliklə imtahan edib səndən səbri alsaq onda nə edəcəksən?” İbrahim peyğəmbər (ə) ərz etdi: “Pərvərdigara! Məgər fəqirlik Nəmrudun atəşindən də yandırıb-yaxandır?” Xitab olundu: “And olsun Öz izzət və cəlalıma! Göylərdə və yerdə fəqirlikdən də şiddətli bəla yaratmamışam”. Soruşdu: “Ac insanı doyuran kəsin mükafatı nədir?” Buyurdu: “Bağışlanma”.
Sonra Peyğəmbər (s) əlavə etdi: “Əgər Allahın rəhməti mənim ümmətimin fəqirlərinin əlindən tutmasa, onlar küfr sərhədlərini aşarlar. (Bu hədisdən belə nəticəyə gəlmək olur ki, fəqirlik çox çətindir, lakin səbir və lazımı vəzifələri yerinə yetirməklə yanaşı olsa yüksək və dəyərli məqama səbəb olar.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə