Bz.er09162019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhli-beyt (ə) Allah bir şeyi iradə etməzsə, Əhli-Beyt (ə) də iradə etməz

Allah bir şeyi iradə etməzsə, Əhli-Beyt (ə) də iradə etməz

İmam Zaman ağa (ə.f) buyurur: “Bizim qəlblərimiz Allahın istəyi üçün qablardır. Əgər Allah bir şeyi iradə etsə və istəsə, biz də iradə edər və istəyərik. Allah Təala buyurur: “Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz””. (“Təkvir” 29).

Hədisin şərhi.

İmam Kazım (ə) buyurur: “Həqiqətən Allah İmamların (ə) qəlbini Öz iradəsi yolunda qərar vermişdir. Ona görə də nə zaman Allah Təala bir şey istəsə, onlar da o şeyi istəyərlər. Bu Allahın kəlamıdır ki, buyurur: “Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə, siz (bu yolu seçməyi) istəyə bilməzsiniz””.

İmam Zaman ağanın (ə.f) nurani kəlamından belə nəticə çıxartmaq olur ki, hər nəyi ki, İmamlar (ə) söyləyir və iradə edirlər, özlərindən deyildir. Bu, Allahın istəyi və iradəsidir ki, onlar vasitəsilə insanlara çatdırılır.

İmam (ə.f) bəzi incə nöqtələrə işarə etmişdir:

1. Qəlblər ya Allahın istək qablarıdır, ya da şeytanın.

2. İmamlar (ə) – məsumdurlar. Ona görə də Əhli-Beytin (ə) iradəsi – Allahın iradəsidir.

3. İmamların (ə) iradəsi Allahın iradəsindən irəli getməz, həmçinin təxirə düşməz.

4. Allah bir şeyi iradə etməzsə, Əhli-Beyt (ə) də iradə etməz. (İslami saytlara istinadən)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə