Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Həyatı yemək üçün istəməyək, yeməyi həyat üçün istəyək

Maraqli

Həyatı yemək üçün istəməyək, yeməyi həyat üçün istəyək

Bir gün Peyğəmbəri-Əkrəm (s) bir qəbiristanın kənarından keçirmiş və ölülərin qəbirlərini görən zaman üzünü tərəfdaşlarına tərəf çevirir və buyurur: “Bu qəbiristanın insanlarının çoxu dişləri ilə basdırılıblar”.

Yəni, bu insanlar çox yemək yediklərinə görə ölüblər. Çünki əslində belə tezliklə ölməli deyildirlər.

Yeməkdə həddi aşmaq – bu günün də ən böyük bəlalarından biridir. İnsan nəfsi o qədər həddini aşır ki, insan yediyinin ölçüsünə nəzarət etmir. İş o yerə gəlib çatır ki, artıq çəki, xəstəliklər, anidən gələn ölüm onu yaxalayır.

Halbuki, dinimiz hər bir şeydə etidala riayət etməyi tövsiyə edir və onu həqiqi möminin və kamil insanın sifətlərindən hesab edir. Əgər biz həqiqətən də Allaha yaxınlaşmaq istəyiriksə, gərək hər bir işimizdə etidala riayət etdiyimiz kimi, yediklərimizdə də riayət edək. Əks halda həm bu dünyamızı və həm də axərətimizi bada vermiş olarıq.

Həzrət Peyğəmbərdən (s) gələn hədislərin bir çoxu dəfələrlə bizə xəbərdarlıq edir ki, əgər sağlam olmaq istəyirsənsə gərək yediklərinə diqqət edəsən. Halal yeyəsən, həddini aşmayasan, yediklərin sağlam qidalar olmalıdır. Yemək vaxtlarına diqqət edəsən, acmadan yemək yeməyəsən. (Erfan)

Nəql olunur ki, Mədinə şəhərinin əhalisi uzun zaman həkimə ehtiyac duymur. Səbəbini soruşan zaman öyrənirlər ki, hamı Peyğəmbərin (s) verdiyi bu qızıl tövsiyəyə əməl edir. Belə ki, Həzrət (s) buyurur: “Bütün dərmanların anası – az yeməkdir”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Əgər ev sakinləri az miqdarda yemək yesələr, evləri nurani olar”.

İmam Əli (ə) buyurur: “Həyatı yemək üçün istəmə, yeməyi həyat üçün istə”.

İmam Əli (ə) başqa yerdə buyurur: “Az yemək bir çox bədən xəstəliklərinə mane olar”.

İmam Əli (ə) buyurur: “Yeməyini az et ki, xəstəlikləri də azaldasan”.

İmam Əli (ə) buyurur: “Bədənin sağlamlığı yeməyin azlığı və suyun azlığı ilədir”.

İmam Rza (ə) buyurur: “Əgər insanlar yediklərində azına qane olsaydılar, bədənləri sağlam olardı”.

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə