Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Cənnət və cəhənnəmi bu dünyada müşahidə etmək olar

Cənnət və cəhənnəmi bu dünyada müşahidə etmək olar

Bəziləri belə sual verir ki, niyə dünya bəziləri üçün bu qədər sevimli və bəziləri üçün isə bu qədər mənfurdur?

Bəziləri bu dünyada başqalarına zülm edərək, özləri üçün kiçik behiştlər meydana gətiriblər ki, heç kəsin ora daxil olmağa icazəsi yoxdur.

Bəziləri isə bir-birinə zülm etməsə də, hərislik və tamah onları vadar edir ki, daha çox sərvət toplasınlar. Ona görə də gecə və gündüz bu hədəf üçün çalışarlar. Bu tamahları həm öz həyatlarını və həm də başqalarının həyatını cəhənnəmə çevirər.

“Əlbəttə (ki,) sən onları (uzun) ömür sürməyə bütün insanlardan – hətta (Allaha) şərik qoşanlardan – həris görərsən! Onların hər biri min il yaşamaq istəyər, halbuki, həmin uzun ömür onu (cəhənnəm)əzab(ın)dan uzaqlaşdıran deyildir. Allah onların etdiklərini görəndir” .(“Bəqərə” 96).

Yuxarıdakı suala cavab vermək üçün bu maraqlı hekayəyə diqqət edək: “Bir gün bir kişi Allahla mükalimə edir. Deyir: “Allahım! İstəyirəm biləm ki, behişt və cəhənnəm hansı şəkildədir?”. Allah onu iki qapıya tərəf hidayət edir və onların birini açır. Kişi daxilə bir nəzər salır və otağın ortasında dəyirmi bir masa görür. Üzərində bir boşqab yemək var idi. O qədər ləzzətli iyi var idi ki, insanın ağzından su axırdı. Masanın ətrafında əlyəşən insanlar xəstə və ölən halda idilər. Onların əlində uzun qulpu olan qaşıqlar var idi ki, qulpları qollarının dirsəyinə bağlanmışdı. Onlardan hər biri əlini rahatlıqla boşqaba salıb, qaşıqlarını doldura bilirdilər. Ancaq qaşığın qulpu uzun olduğu üçün əllərini geri qaytara bilmirdilər və qaşığı ağızlarına qoya bilmirdilər.

Kişi onların bu halını görüb qəmlənir və Allah ona buyurur: “Sən cəhənnəmi gördün, indi növbə behiştdədir”. Kişi o biri qapıya tərəf getdi və qapı açıldı. Həmin otaq da o biri otaq kimi idi. Həmin dəyirmi masa, həmin yemək və həmin qaşıqlar və adamlar. Ancaq onlar daha güclü idilər və deyib gülürdülər. Kişi deyir: “Allahım, mən başa düşmədim”.

Allah cavab verir: “Sadədir, ancaq bir məharətə ehtiyacı vardır. Onlar bir-birinə yemək verməyi öyrəniblər. Halbuki, o biri otaqdakı tamahkar insanlar ancaq özlərini düşünürlər”. (Tebyan)

Bu hekayə ondan nəql edir ki, insan bu dünyada özü üçün həm behişt düzəldə bilər, həm də cəhənnəm. İnsan əgər Quranın tövsiyələrinə qulaq asaraq, fədakar və səxavətli olarsa – həyatı özü üçün behiştə çevirə bilər. Yox, əgər tamahkar və həris olarsa, hər nə qədər mal toplasa da onun üçün kifayət etməz və dünya həyatı cəhənnəmə çevrilər.

“Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır”. (“Həşr” 9).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə