Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə ƏQİDƏ Fitri əql ilə fəlsəfi əqlin nə fərqi vardır?

ƏQİDƏ

Fitri əql ilə fəlsəfi əqlin nə fərqi vardır?

İnsanın fitri əqli bəşər üçün ən dəyərli İlahi nemətdir. İnsan bu əqlinə görə “məxluqların şərəflisi” adını almışdır. Bu böyük nemətə görə xeyiri şərdən, hidayəti zəlillikdən, dostu düşməndən, nuru zülmətdəın ayıra bilir. Bəla və xatalardan amanda qalır və haqqı batildən seçə bilir. Peyğəmbərlər (ə) indiyə qədər hər nə deyiblərsə, bəşərin əql və məntiqinə əsasən deyiblər.

Bir nəfər İmam Sadiqdən (ə) soruşur: “Əql nədir?”. Həzrət Sadiq (ə) buyurur: “O şey ki, onunla Allah pərəstiş olunur və behişt əldə olunur”. Soruşur: “Bəs Müaviyyədə olan şey nə idi?”. Buyurur: “O şeytənət idi ki, əqlə bənzəyir, ancaq əql deyildir”. (Erfan)

Fəlsəfi əql – bəsit bir cövhərdir ki, həqiqətləri dərk etmək qüvvəsidir. Bəzən idrak qüvvəsinə şamil edilir və bəzən də idrakdan hasil olan qüvvəyə. Bəzən bədihi idraka şamil edilir və bəzən də ancaq nəzəri idraka. Bu əql – sonradan kəsb edilən əqldir.

Beləliklə deyə bilərik ki, hər kəsin fitri əqli vardır və bu, Allahın biz insanlara əta etdiyi ən dəyərli nemətdir. İnsan bu nemətin sayəsində məxluqların şərəflisi olmuşdur. Onun yardımı ilə insan Allaha pərəstiş edir və behişti qazanır. Ancaq fəlsəfi əql – o əqldir ki, onunla həqiqətləri dərk etmək olur. Bu əql – sonradan əldə olunan əqldir və onu əldə etmək üçün təlim və tədris görmək lazımdır. Fəlsəfi əqlə çox az insanlar malik olarlar ki, onları filosof adlandırırlar.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə