Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Dinə necə tərif verirlər?

Maraqli

Dinə necə tərif verirlər?

Dinə çox sayda tərif verilmişdir. İslam filosoflarının dinə verdiyi təriflərə nəzər salaq.

 

1. Əllamə Təbatəbai. Alim deyir: “Din, (Allaha və cavidan həyata) etiqadın məcmuəsi və ona uyğun qanunlardır ki, həyat yolunda əmələ keçirilər”.

 

2. Ayətullah Cavadi Amuli: “Dində məqsəd o məktəbdir ki, əqaid məcmuəsindən, əxlaqdan, icra olunan qanunlardan təşkil edilmişdir və onun hədəfi insanı səadətə hidayət etməkdir”.

 

3. Ayətullah Sübhani: “Din – bir mərifət və təkamülə doğru olan hərtərəfli bir inqilabdır ki, dörd tərəfi vardır: fikir və əqidəni islah etmək, ali insani əxlaqi inkişaf etdirmək, cəmiyyətdəki insanların gözəl rabitəsi, nalayiq ayrı-seçkiliklərdən uzaq olmaq”.

 

4. Seyyid Murtəza Elmul-huda: “Din ibarətdir o şeydən ki, Peyğəmbər (s) ona tərəf dəvət etmişdir”.

 

5. Miqdad Siyuri: “Din ibarətdir təriqət və şəriətdən”.

 

6. Təbibi Bəsri Mötəzili: “Din – itaət etmək və haramdan çəkinmək mənasındadır”.

 

 

 

Qərb filosoflarının tərifləri.

 

1. Herbert Spencer: “Din – bu həqiqəti etiraf etməkdir ki, bütün varlıqlar bizim elm və mərifətimizdən yüksək olan bir qüvvənin təcəllisidirlər”.

 

2. Bravly: “Din, hər şeydən əvvəl o səydir ki, xeyirin kamil həqiqətini varlığımızda kəşf edək”.

 

3. Royle: “Din – bəşər canı ilə məchul can arasında olan o rabitənin idrakıdır ki, insan onun hakim olmasını özündə hiss edər və ətrafındakı nemətləri arzu edər”.

 

4. Sartr: “Din – insanın tanrı olmaq proqramıdır”.

 

5. “Oxford” lüğəti: “Din ibarətdir insanın üstün, görünməz qüdrəti tanımasından”.

 

 

 

Psixoloqların tərifi.

 

1. Uilyam Ceyms: “Din ibarətdir hisslərdən, əməl və təcrübələrdən ki, insanlar Allah dərgahında taparlar”.

 

2. Freyd: “Din, insanın səmalara görə təsəlli tapmaq səyidir ki, ona təbiət hadisələrinə qalib gəlməkdə yardım edər”.

 

3. Frayzr: “Din insandan üstün qüvvə ilə əhd bağlamaqdır ki, insanın gümanına görə bu qüvvə təbiəti və bəşər həyatını idarə edir”.

 

 

 

Bəzi alimlərinin tərifi.

 

1. Metyu Arnold: “Din – həmin əxlaqdır ki, ona olan sevgi və hisslərə alilik, istilik və aydınlıq bəxş edər”.

 

2. Eynşteyn: “Din ibarətdir arifanə hisslərin məcmuəsindən”.

3. T.Yel: “Həqiqətdə din – ruhi vəziyyət və nadir bir haldır ki, onu xəşiyyət adlandırırıq”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə