Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Mehdi (əc) həyatı İnsanların maddi haqlarına hörmətlə bağlı İmam Zaman ağadan (ə.f) buyuruş

İnsanların maddi haqlarına hörmətlə bağlı İmam Zaman ağadan (ə.f) buyuruş

İmam Zaman ağa (ə.f) buyurur: “Heç kəs üçün caiz deyildir ki, mal sahibinin icazəsi olmadan malını ələ keçirtsin”.

Hədisin şərhi.

İmam (ə.f) bu sözləri Əsədiyə cavab verərkən buyurmuşdur. Həzrət (ə.f) həmçinin bu ayəyə işarə etmişdir ki, buyurur: “Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna olmaqla, öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət və qanuna zidd yollarla) yeməyin”. (“Nisa” 29).

Müsəlmanın malı, abrı kimi qorunmalıdır. Başqaları gərək ona pis gözlə baxmasınlar. Yuxarıdakı hədis və bu nurani ayə buyurur ki, insanların malını onların icazəsi olmadan istifadə etmək olmaz. Heç kəsin haqqı yoxdur ki, başqasının malını zorla ələ keçirtsin, əks halda böyük günah etmiş olar. (İslami saytlara istinadən)

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə