Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Zülmün simvolunun vəzirinin məhvinin Quranda təsviri

Zülmün simvolunun vəzirinin məhvinin Quranda təsviri

Haman adı Quranın 6 ayəsində istifadə olunmuşdur. Hər dəfə də Firondan söz düşən zaman Haman adına rast gəlmək olur.

Belə ki, Quranda buyurulur: “Ey Haman, (işin məlum olması üçün) palçıq üzərində od qala (və kərpic bişir),mənim üçün uca bir bina tik, bəlkə Musanın tanrısını görəm (ya ulduzların vəziyyətindən Onun varlığını dərk edəm). Əlbəttə, mən onu yalançılardan hesab edirəm”. (“Qəsəs” 38). Bu ayədən də göründüyü kimi, Haman Fironun vəziri və ya idarəedicisi olmuşdur.

Başqa bir ayədə oxuyuruq: “Və Qarunu, Fironu və Hamanı da (məhv etdik). Şübhəsiz, Musa (tövhid və şəriətlər barədə) Bizim aydın dəlillərimizi onlara gətirmişdi, onlar isə yer üzündə təkəbbür və tüğyan etdilər”. (“Ənkəbut” 39). Bu ayədə Haman adı Qarunla Fironun yanında işlənmişdir. Başa düşmək olur ki, onun da məqamı bu iki nəfər kimi yüksək olmuşdur.

Mərhum Təbərsi deyir: “Haman Fironun vəziri, Qarun isə xəzinədarı olmuşdur. Hamanın sarayda o qədər nüfuzu var idi ki, Quran Misir ordusunu Firona və ona nisbət vermişdir. “Və onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq (ya onları o torpaqda yerləşdirək), Firona və (onun vəziri) Hamana və qoşunlarına onların (İsrail övladları) tərəfindən qorxduqları və çəkindikləri şeyi göstərək”. (“Qəsəs” 6).

Başqa ayələrdə oxuyuruq: “Həqiqətən Biz Musanı Öz ayələrimizlə və aşkar və aydınlıq gətirən dəlillə göndərdik. (Qibtilərin müstəbid hökmdarı) Fironun, (onun vəziri) Hamanın və (İsrail övladlarının azğın qızıl toplayanı)Qarunun yanına!”. (“Ğafir” 23-24). Bu ayələrdə Firon zülmün simvolu kimi göstərilmişdir, Haman isə onun vəziridir. Onun işi – şeytani hədəfləri yerinə yetirmək olmuşdur.

Beləliklə deyə bilərik ki, Haman Fironun zamanında böyük məqama və nüfuza malik olan insan olmuşdur. Fironun vəziri və sarayın idarəedicisi idi. O, da Qarun və Firon kimi kafirlərdən və zalımlardan idi. (İslami saytlara istinadən)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə