Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə ƏQİDƏ Dini qaynaqlarda qloballaşma

ƏQİDƏ

Dini qaynaqlarda qloballaşma

Quranda və islam dinin də olan mötəbər qaynaqlarda qloballaşma və qloballaşdırma mövzusuna çoxlu işarə olunubdur. Aydındır ki bu predmetin İslamda olan mənası və anlayışı, qərbdə işlənən məna və anlayışı ilə tam fərqlidir. Göründüyü kimi, əgər  qloballaşma təbii şəkildə irəliləyərsə, İslamın dünyəvi, beynəl-xalq dövlət tanıtdırdığı mövzuya kömək edəcək. İndi isə bu mövzuya işarə edən bir sıra ayə və hədisləri təqdim edirik:
A- Müqəddəs Quranda Beynəl-xalq dövlət

"ولقد كتبنا في الزبورمن بعد الذكر أنّ الارض يرثها عبادي الصالحون"

“ Biz Tövratdan sonra Zəburda da yalnız Mənim saleh bəndələrimin yer üzündə varis olacaqlarını yazmışdıq. ” (Ənbiya: 105)

" وعد الله الذين آمنوا منكم وعملوالصاالحات ليستخلفنّهم في الارض كما استخلف الذين من قبلهم وليمكّنن ّلهم دينهم الذي ارتضي لهم وليبدّلنّهم من بعد خوفهم أمناً... "

“ Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə, onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, möminlər üçün onların Allahın özü bəyəndiyi dinini (İslamı) möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuşdur.” (Nur: 55)

" هو الذي أرسل رسوله بالهدي ودين الحق ليظهره علي الدين كله ولو كره المشركون."

“ Müşriklərin xoşuna gəlməsə də, İslamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərini doğru yolu göstərən rəhbərlə (Quranla) və haqq dinlə göndərən Odur.” (Səff : 9)

Bəzi hədislərdə gəlibdir, Həzrət Əli(ə) qeyd olunan ayəni tilavət edərkən öz səhabələrindən soruşdu: Sizlərin fikrincə bu qələbə hasil olubdur? Dedilər : Bəli. Həzrət buyurdu: Yox, And olsun o kəsəki canım onun əlindədir, bu qələbə yalnız o zaman üzə çıxacaq ki yer üzündə abadlıq qalmayacaq.(Məcməül- bəyan kitabında , qeyd olunan ayənin təfsirində  gətirilib.)
B- Mötəbər hədislərdə Beynəlxalq dövlət

1- Hakim nişaburi öz sənədilə əbu Səid Xedridən rəvayət edir ki, Allahın rəsulu (s)buyurdu :

"تملا الأرض جوراً وظلماً فيخرج رجل من عترتی يملک الارض سبعاً وتسعاً فيملا الارض قسطاً وعدلاً"
“ Yer zülmlə dolan təqdirdə, mənim əhli beytimdən bir şəxs çıxar və yeddi ya doqquz gün müddətində bütün dünyanın sahibi olar. Yalnız bu zamandır ki, yer ədalətlə dolacaq.” (Müstədrəke Hakim, c 4, s 558 )

2- Əhməd ibn Hənbəl öz sənədilə Əbu Səid Xedridən nəql edir ki, Allahın rəsulu (s) buyurdu :

"لا تقوم الساعة حتی تملا الارض ظلماً وعدواناً. قال : ثم يخرج رجل من عترتی من اهل بيتی يملاها قسطاً وعدلاًکما ملئت ظلماً وعدواناً"

“ Yer ədalətlə dolmadan qiyamət bərpa olmayacaq, (Bu zaman) buyurdu: o vaxt əhli beyt və itrətimdən bir şəxs çıxar, zülmlə dolu olan yer üzünü ədalətlə doldurar.” (Müsnədi Əhməd, c 3, s 17 )

3-. İmam baqir (ə) buyurdu :

"يملک القآئم ثلاثمائة سنة ويزداد تسعاً کما لبث أهل الکهف فی کهفهم، يملأالأرض عدلاًوقسطآً کما ملئت ظلماً وجوراً فيفتح الله له شرق الأرض وغربها. ويقتل الناس حتی لا يبقی الا دين محمد ويسير بسيرة سليمان بن داود ويدعو الشمس والقمرفيجيبانه وتطوی له الارض ويوحی اليه فيعمل بالوحی بأمرالله "

“ İmam Zaman (ə c) 309 il yer üzünün maliki və hakimi olacaq, düz Əshabi kəhfin öz mağarasında qaldığı müddət qədər, o vaxt yer zülmlə dolduğu kimi ədalətlə dolacaq. Uca Tanrı onun üçün aləmin şərq və qərbini fəth edər. O təkcə Məhəmməd dininin yer üzündə bərqərar olması üçün, camaatı öldürər. O Davud oğlu Süleymanın davranışı kimi rəftar edər. Günəş və ayı çağırar, onların ikisi də onun dəvətini qəbul edərlər. Ona vəhy olunar və O da Tanrının əmrilə ona əməl edər.” (Bəharul-ənvar, c 52, s 390, bab 27, hədis 212)
İslam qloballaşma və qloballaşdırmasının üstünlükləri

Qeyd olunduğu kimi İslamın irəli sürdüyü qloballaşma və qloballaşdırma prossesi, digərlərinin təsvir etdikləri prosseslə əsas fərqlərə malikdir. Aydındır ki, İslamın verdiyi proqram spesifik üstünlüklərə və özünə məxsus əhəmiyyətə malikdir. Aşağıda onlardan bir qisminə işarə edirik:

1- İslamın beynəlxalq vahid hökuməti səlahiyyətli, məsum, yüksək dini titullu şəxsiyyətlərin rəhbərliyi və nəzarəti altında idarə olunacaq. Belə bir cəmiyyətdə Allahın qanunu icra olunacaq. Göründüyü kimi qərbin irəli sürdüyü beynəlxalq vahid hökumət isə zülmkarların, qüdrətlilərin, güclülərin və ləyaqətsizlərin nəzarəti altında olacaq.

2- İslam nöqteyi nəzərindən ictimaiyyətin bütün işlərinin kökündə Tanrı və onun qanunları dayanmalıdır. Amma qərbin gətirdiyi qloballaşma və qloballaşdırmanın arxasında bəşərin qoyduğu və qurduğu qanunlar durur.

3- İmam Zamanın(ə c) beynəlxalq hökuməti ictimai, əxlaqi əmin-amanlıqla nəticələnir. Bir haldaki, qərbin irəli sürdüyü faktorda mənəviyyatın heç bir rolu yoxdur.

4- İmam zaman(ə c)-ın beynəlmiləl hökumətinin xüsusiyyətlərindən biri elmi dairələrin genişlənməsidir. Bir haldaki, qərbin gətirdiyi qloballaşma prossesində yüksək bilik və elmi sistemlər yanız məxsus ölkələrin inhisarındadır və qeyd olunan ölkələr bunların digər ölkələrə getməyinin qarşısını alırlar və bu ölkələrdə inkişafla mübarizə edirlər.(Bəharul-Ənvar, c 52, s 336.)

5-İmam Zaman(ə.c)-ın dünyəvi höküməti həqiqi və dini biliklərə əsaslanır bir halda ki, qloballaşma, imperiyalizm sistemlərilə əlaqədar olan iqtisadiyyatın, siyasətin və texnologiyanın aydın və qeyri aydın nəticəsidir.

6- Məhdi(ə c)in ümumdünya vahid dövləti Tanrıya əsaslanır və öz məşruiyyətini Allahdan alır. Lakin kütlənin qəbul və razılığını da özü ilə gətirir. Amma qloballaşma öz məşruiyyətini yalnız camaatın razılığından ələ gətirir. Əlbbəttə aydındır ki, rəy və səs gətirmək üçün min cür hoqqabazlıq və aldatma üslublarından istifadə edirlər.

7- İmam zaman(ə c)-ın bütöv dünyəvi dövləti zəkaya əsaslanan hökumət növüdür. Çünki zühur əsrində əql insanları kəmala çatdırar. Lakin göründüyü kimi qloballaşdırmaya əsaslanan hökumət stili emosiyaya, heyvani meyillərə və nəfsani istəklərə əsaslanaraq qurulur.

İmam Baqir(ə) rəvayətdə buyurur:

"إذا قام قائمنا وضع يده علی رؤوس العباد فجمع بها عقولهم"

“ Bizim İmamımız inqilab edən vaxt Uca Tanrı əlini bəndələrinin başına çəkər. Onun vasitəsilə onların əql və zəkası kamilləşər.” (Bəharul-Ənvar, c 52, s 328, h 47 )

8- İmam Zaman(ə c)in vahid hakimiyyətində bəşərdə əql və zəkanın genişlənməsi nəticəsində bütün iqtisadi zərfiyyətlər kəşf olunacaq və təbiətin sərmayəsi insanların ixtiyarında olacaq, bir haldaki, dünyaya hakim olan mövcud iqtisadi sistemlərdə dəhşətləndirici şəkildə iqtisadi boşluqlar var. (Bəharul-Ənvar, c 52, s 338, h 83 )

9- Əmirəl-Möminin Əli(ə)ın hədisinə əsasən İmam Zamanın hökuməti zamanında möminlər onun ətrafında toplaşarlar və onun hökuməti vaxtında ikiüzlü, fasiq, facir, kafir və bunlar kimi kəslərdən əsər-əlamət olmaz. (Bəharul-Ənvar, c 52, s 342 )

Bildiyimiz kimi qərbin qloballaşdırma prossesində həqiqi insanların yeri yoxdur. Hakimlər və qüdrətli insanların ətrafını məsuliyyətsiz , şərəfsiz və çirkinmənəviyyatlı kəslər tutmuşlar.

10- İmam Zaman(ə c)ın hökuməti müddətində zülmkarlar və tağutlar pis cəza olunacaqlar.(Nəhcül-bəlağə, 138-ci xütbə) Çünki, O həzrətin dövlət quruluşu yalnız ədalət əsasında idarə olunacaq. Amma qloballaşma və qloballaşdırma əsrində məsələ tamamilə əksinədir. Zalım və cinayətkarlara İslahçı adı verilir, ədalətsevərləri terorist adlandırırlar.

11- Qloballaşma predmetinin müxtəlif qlobal sahələrdə sürətlə inkşafa doğru hərəkət etməsinə baxmayaraq, qaranlıq, qapalı və tam şəkildə aydın olmayan bir predmetdir. Jan Mari Gino bu barədə yazır : “ Qloballaşma təcrübəsində bəşərin ictimai vəziyyəti nagəhan göz ələ gətirən və görən, kor şəxslə müqayisə ediləsidir. Fərdin qloballaşma prossesi ilə vasitəsiz üzləşməsi məstedicidir.” (Azadlığın gələcəyi, səh: 17) Amma Həzrəti Məhdi(ə c)in beynəlxalq dövlətinin təsviri aydın şəkildə hədis və rəvayətlərdə açıqlanıb. Bu dövlətin hər tərəfliyi, işəyarıması və xüsusiyyətləri tam, diqqətli şəkildə təsvir olunmuşdur. Məhz buna görə o dövlət barəsində qaranlıq və ya naqis bir məsələ qalmamışdır.

12- Qərbin qloballaşdırması həqiqətdə iqtisadi və siyasi sahələrdə Amerika və Avropanın üstünlüyüilə nəticələnir. Öz sayəsində isə düşmənpərvər davranış və əmniyyətsizlik gətirir. Buna görə də heç bir azad düşüncəli millət onu qəbul etmir. Lakin Həzrəti Məhdi(ə c)in əsas proqramı kainatdan zülm və döyüşü qaldırmaq və onu sülh, əmin- əmanlıq və rahatlıq ilə doldurmaq və genişləndirməkdir. Yəni ictimaiyyətin qorxusu rahatlıq və əmin- əmanlığa çeviriləcəkdir. Bu haqda Quran buyurur :

"وليبدّلنّهم من بعد خوفهم أمناً"

“ (Allah) Onların qorxusunu sonra əmin-əmanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuşdur. ” (Nur surəsi, Ayə 55)

13- Mədəni və ictimai baxımdan qloballaşma bəşər mədəniyyətlərinin yaxınlığını və eyniləşməsini iddia edir. Lakin göründüyü kimi bu iddiaçılarn əksinə olaraq vahidlik meydana çıxmayacaq, köklü qarşıdurmadan sonra yeni mədəniyyətlər və sivilizasiyalar əmələ gələcək və dünyanın çehrəsini dəyişdirəcək. Bu prossesin nəticəsində mədəniyyət və sivilizasiyaların təzad və döyüşü başlayaraq, əmniyyətsizliyə doğru yönələcək. Bir haldaki, Həzrəti Məhdi(ə.c)in zühuru zamanı siyasi və mədəni ixtilaflardan və mədəniyyətlərin istilasından əsər əlamət olmayacaq. Cəmiyyət və kütlə öz seçimi əsasında vahid din və mədəniyyəti qəbul edəcəklər. Məhz bunun sayəsində rahat və asudəxatir yaşayacaqlar.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə