Cm.ax04252019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Rza (ə) “İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin...”

“İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin...”

İmamlarımızın (ə) hər biri elm xəzinəsidir və əgər onlardan öyrəndiklərimizə əməl etsək? dünya və axirətdə səadətə çatarıq. (Tebyan)
Hüseyn ibni Abdullah nəql edir: “Atam İmam Rzaya (ə) məktub yazır ki, mətni belə idi: “Qurban olum! Yaşım artmışdır və gücsüz olmuşam. Gördüyüm bir çox işlərdən qalmışam. İstəyirəm ki, mənə elə bir söz öyrədəsiniz ki, onunla Allaha yaxınlaşam. Elm və dərkimi də artırasınız.
İmam (ə) cavabında yazır: “Sənə bir məktub göndərmişəm ki, onu oxu və zərrə-zərrə dərk et. Çünki onda əgər Allah şəfasına iradə edərsə, şəfa vardır və o kəsin ki, hidayətini Allah iradə edərsə, hidayət vardır. Ona görə də bu zikri çoxlu de:
بِسمِ اللَّهِ الرَّحمنِ الرَّحیمِ، لا حَولَ وَ لا قُوَّةَ إِلّا بِاللَّهِ العَلیِّ العَظیمِ.
(“Bismilləhir-Rahmənir-Rahim, lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim”).
İsmayil ibni Səhl nəql edir: “İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin ki, nə zaman onu oxusam, dünya və axirətdə onunla birlikdə olum.

İmam (ə) buyurur: “Qədr” surəsini çoxlu oxu və dodaqlarını istiğfar ilə təravətli saxla”.
Hüseyn ibni Səyid nəql edir: “İmam Rzaya (ə) dedim ki, mənə bir dua öyrətsin.
İmam (ə) buyurdu: Bu cür de: اللَّهُمَّ إنِّی أسأَلُكَ بِوَجهِكَ الكَریمِ وَ اسمِكَ العَظیمِ وَ بِعِزَّتِكَ الَّتی لا تُرَامُ وَ بِقُدرَتِك‏ الَّتی لا یَمتَنِعُ مِنها شی‏ءٌ

Ondan sonra Allahdan nə istəyirsənsə, dilinə gətir”.
İmam (ə) öz əl yazısı ilə mənə bir yazı verir ki, mətni belə idi: “De:
یا مَن عَلا فَقَهَرَ وَ بَطَنَ فَخَبَرَ یا مَن مَلَكَ فَقَدَرَ وَ یا مَن یُحیِی المَوتى وَ هوَ عَلى كُلِّ شَی‏ءٍ قَدیرٌ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ

Ondan sonra Allahdan nə istəyirsənsə, de.
Sonra de: یا لا إِله إِلَّا اللَّهُ اِرحَمنِی بِحَقِّ لا إِله إِلَّا اللَّهُ اِرحَمنِی”.
Musa ibni Ömər belə nəql edir ki, İmam Rzaya (ə) məktub yazdım və xahış etdim ki, Allaha dua etsin və iki kənizimdən olacaq uşaqlarım oğlan olsun.
İmam (ə) mənim üçün yazdı: “Allah Təalanın istəyi ilə dua edəcəyəm. Mehriban və bağışlayan olan Allahın adı ilə. Allah Öz rəhməti ilə bizi və səni dünya və axirətdə ən yaxşı salamatçılıqda saxlasın! Bütün işlər Allahın əlindədir. Allahın istəyi ilə sənin bir oğlun və bir qızın dünyaya gələcəkdir. Oğlanın adını Muhəmməd qoy, qızının adını Fatimə. İnşəallah mübarək olar!”.
İmam (ə) buyurduğu kimi, mənim bir qızım və bir oğlum dünyaya gəldi”.
Bəkir ibni Saleh nəql edir: “İmam Rzaya (ə) belə bir məktub yazdım: “Mən beş ildir ki, övlad sahibi olmaqdan çəkinirəm, çünki həyat yoldaşım razı deyildir. Deyir ki, malın azlığına görə onları böyütmək çətindir. Sizin nəzəriniz necədir?”.
İmam (ə) cavabında yazdı: “Övlad istə, çünki Allah Təala onların ruzisini verəndir”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə