Cümə12062019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Hədİs “Dünya möminin zindanı və kafirin cənnətidir”

“Dünya möminin zindanı və kafirin cənnətidir”

Həzrət Peyğəmbər (s) buyurur: “Dünya möminin zindanı və kafirin behiştidir”.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Dua - möminin silahıdır”.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin niyyəti möminin əməlindən üstündür”.
İmam Əli (ə) buyurur: “Hikmət - möminin itmişidir”.
Rəsulallah (s) buyurur: “Namaz - möminin nurudur”.
İmam Əli (ə) buyurur: “Möminin Allah qorxusuna görə ağlaması, gözünün aydınlanmasına səbəb olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Möminin nicatı - dilini saxlamasındadır”.
İmam Sadiq (ə) buyurur: “Hər kim susuz möminə su verər, Allah Qiyamət günü onu Öz kölgəsinə aparar və behişt içəcəyindən ona içizdirər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Möminin şərəfi - gecə oyaq qalmasındadır”.
İmam Əli (ə) buyurur: “Mömin düz danışan və ayıq ürəklidir”.
İmam Səccad (ə) buyurur: “Möminin mömin qardaşının üzünə sevgi ilə baxması - ibadətdir”.
İmam Muhəmməd Təqi (ə) buyurur: “Möminin izzət və şəxsiyyəti, başqalarından ehtiyacsız olmağı ilədir”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə