Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Şə`ban Məqalə və dua Nimeyi-Şəban – Əhli-Beytin (ə) Qədr gecəsidir

Nimeyi-Şəban – Əhli-Beytin (ə) Qədr gecəsidir

mam Zamanın (ə.f) dünyaya gəlişi Yer əhli üçün xeyir və bərəkət olduğu üçün, həmin günün böyük fəzilətləri vardır. O, Yer üzərində olan sonuncu hüccətdir. 255-ci hicri-qəməri ilinin Şəban ayının 15-i səhəri dünyaya gözlərini açmışdır.

Nimeyi-Şəban o mübarək gecələrdəndir ki, Qədr gecəsinə çox bənzərliyi vardır. Necə ki, Qədr gecəsinin fəzilətləri vardır, Nimeyi-Şəban gecəsinin də çox fəzilətləri vardır. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Allah Nimeyi-Şəban gecəsində Kələb qəbiləsinin qoyunlarının tükü qədər bəndələrini bağışlayar”.

İmam Sadiq (ə) buyurur: “Necə ki, Allah Peyğəmbərə (s) Qədr gecəsini mərhəmət etmişdir, biz Əhli-Beytə (ə) də Nimeyi-Şəbanı əta etmişdir”.

İmam Baqir (ə) bu gecə ilə bağlı buyurur: “Qədr gecəsindən sonra ən fəzilətli gecə - Nimeyi-Şəban gecəsidir. Allah bu gecədə Öz fəzlini bəndələrinə şamil edər və Öz kərəmi ilə onları bağışlayar. Ona görə də Sübhan Allaha yaxın olmaq üçün bu gecədə səy göstərin. Çünki Allah and içmişdir ki, heç bir diləyəni məhrum etməyəcəkdir”. (Tebyan)

Allahın Peyğəmbəri (s) Nimeyi-Şəban gecəsində Aişəyə buyurur: “Nimeyi-Şəbanda əcəllər yazılar, ruzilər bölünər və Allah Təala bu gecədə Kələb qəbiləsinin qoyunlarının tükü qədər bəndələri bağışlayar, mələklər dünya səmasına və oradan da yerə nazil olarlar. Əvvəl Məkkəyə enərlər”.

Məsum İmamlarımız (ə) ilə Quran arasında sıx rabitə vardır. İmamlar (ə) özlərini Quranın yardımı ilə tanıdardılar. Quranı tanıtmaq üçün də öz həqiqətlərindən danışardılar. Ona görə də onların birini o biri olmadan təsəvvür etmək olmaz. Bu gözəl gecədə Quranı unutmayaq və onun bərəkətlərindən Qədr gecələrində olduğu kimi, bu gecədə də faydalanaq.

 

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə