Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İBADƏT Bilərəkdən namaz qılmamağın aqibəti

İBADƏT

Bilərəkdən namaz qılmamağın aqibəti

Müsəlman istər nəzəri və istərsə də əməli mərhələdə zəif və güclü dərəcələrə malik olar. O kəs ki, nəzəri mərhələdə tövhidə qədəm basar, yəni tövhidi və məadı qəbul edər, iman gətirmişdir. O kəs ki, nübuvvəti qəbul edər - müsəlmandır. O zaman ki, ürəyində Allaha inam yaranar və təslim olar, mömin olar. Belə ki, bir məktəbdə əvvəl şagird birinci sinifə gedər və get-gedə sinifləri qalxar. Hər bir müəllim və ya ayətullah da bir gün şagird olmuşdur. (Tebyan)

Bir dəstə gəlir və Həzrət Peyğəmbərə (s) deyir ki, biz möminik. Ayə nazil olur ki, onlara de, belə deməsinlər. Bəlkə desinlər ki, biz müsəlmanıq. İmana qədər yol uzundur. "Bədəvilər dedilər: «Biz (səmimi qəlbdən) iman gətirdik». (Ya Peyğəmbər, onlara) de: «İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) «İslamı qəbul etdik» deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır»". ("Hucurat" 14).

Allah Təala sonrakı ayədə həqiqi möminin bir necə sifətinə işarə edir və buyurur: "Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə etməyib mal və canları ilə Allah yolunda cihad etmiş kəslərdir. (Etiqad, söz və əməldə) doğruçu olan onlardır".

Ona görə də o kəs ki, Allaha, Peyğəmbərə (s), Qiyamət gününə iman gətirər, mümkün deyildir ki, namaz qılmasın və ya da gündəlik namazlarını bəzən qılsın. Deməli, iman ürəyinə gəlib çatmamışdır.

Namaz - dinin sütunudur. Müsəlman ilk mərhələdə Allahı, Peyğəmbəri (s), məadı qəbul edər və sonra bu imanında heç bir şəkk və şübhə etməz. Malı və canı ilə Allah yolunda cihad edər. Üçüncü mərhələdə - dinin özüdür və bu dini ayaqda saxlayan və onun sütunu isə namazdır.

Namazda biz Allah Təalanın qarşısında qərar tuturuq. Bütün etiqadımızı, istəklərimizi və hədəflərimizi Ona deyirik. "Allahu Əkbər" deyərək, Onu hər şeydən uca və böyük hesab edirik.

Əgər insanın həyatı bu nəzəri etiqada əsasən olarsa, o zaman namaz dinin sütunu olar. Etiqadın üsulu həm nəzəri və həm də əməli hikmətdədir. Yəni, iman və saleh əməl. Məbdə və məada olan qəlb etiqadı əməldə təcəlli edər. Ona görə də Onun əmri ilə olan hər bir iş ibadətdir. Bütün ibadətlər isə namazda təcəlli edər. Namaz isə gərək həyatın hər bir sahəsində təcəlli etsin. Bu zaman namaz dinin sütunu olar. O namaz ki, insanı əxlaqsızlıqdan və günahdan saxlayar.

Ona görə də din ilə namazın rabitəsi xeymə ilə sütunun rabitəsinə bənzəyir. Əgər xeymə olmasa, sütunun heç bir mənası olmaz. Əgər xeymə olsa, ancaq sütun olmasa, həmin xeymə dağılar. Əgər xeymə olsa və sütunu da olsa, o zaman ayaqda qalar. Lakin nəzarət etmək lazımdır ki, nə xeyməyə və nə də sütuna ziyan dəyməsin. Çünki hər iki halda xeymə dağılar.

"Və o kəslər ki, namazlarını (tam və kamil olması baxımından) qoruyurlar". ("Muminun" 9).

"(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver". ("Tövbə" 112).

Namaz qılmamağın aqibəti.

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, namazını bilərəkdən və heç bir səbəb olmadan tərk edər, Allahın və Rəsulunun amanından uzaq olar".
Həzrət (s) başqa yerdə buyurur: "Şeytan davamlı olaraq Adəm övladından qorxur və fasilə saxlayır o zamana qədər ki, beş vacib namazını vaxtında yerinə yetirər. Ona görə də nə zaman onu zay etsə, ona qarşı cürət əldə edər. Onu böyük günahlara düçar edər".
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, namazını üzrü olmadan tərk edər və vaxtı ötər, əməli məhv olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Küfr ilə bəndəliyin fasiləsi namazı tərk etməkdir".
Həzrət (s) yenə də buyurur: "Namazı tərk edən Tövratda, İncildə, Zəburda və Quranda lənət olunmuşdur. Cəbrayilin (ə), Mikayilin (ə), İsrafilin (ə), Muhəmmədin (s) dilində məlundur".
Allah Təala bizləri həqiqi namaz qılanlardan qərar versin./

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə