Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Həzrət İsadan (ə) cənnət və cəhənnəm haqqında maraqlı hekayə

Həzrət İsadan (ə) cənnət və cəhənnəm haqqında maraqlı hekayə

Cənnət, Allahın zənginliyinin və ehiyacsızlığının zühurudur. Cəhənnəmi isə dar düşüncəlilər bərpa ediblər
Həzrət İsa (ə) bu hekayəni çox sevirdi və bəzi vaxtlar nəsihət üçün onu danışırdı. Hekayə belədir:
Varlı-dövlətli bir kişi var idi. Bir gün bağında işləmək üçün fəhlə lazım oldu. Fəhlə icarə etmək üçün xidmətçisni şəhərin meydanına göndərdi. Lakin meydanda lazım olan qədər fəhlə yox idi. Xidmətçi meydanda olan fəhlələri özü ilə gətirdi. Bundan xəbər tutan bir dəstə fəhlə bir neçə saat sonra gəldi. Bir neçə saatdan sonra yenə digər bir dəstə fəhlə gəldi. Hətta, bir dəstə fəhlə, qürub vaxtı, iş qurtarna yaxın gəldi. Buna baxmayaraq varlı kişi onların hamısını işə götürdü.
Qürubdan sonra iş sahibi olan varlı kişi fəhlələrin hamısını toplayıb, onların hamısına eyni miqdarda muzd verdi. Günün əvvəlində işə başlayan fəhlələr bu rəftarı gördükdə narahat olub dedilər: - Bu insafsızlıqdır. Biz sübh tezdən işləmişik, onlar isə iş qurtarana yaxın gəliblər. Bəziləri hətta, iş qurtarana bir-iki dəqiqə qalmış gəliblər və heç iş görməyiblər. Onlara da bizə verdiyin qədər muzd vermək düzgün deyil.
Varlı kişi gülərək dedi: - Başqaları ilə işiniz olmasın. Deyin görüm, sizə verdiyim muzd azdırmı? Onlar cavab verərək dedilər ki, xeyir, bizə verdiyin muzd, bizim adi muzdumuzdan qat-qat çoxdur. Bununla belə gec çatanların və işləməyənlərin bizim qədər muzd alması insaf deyil.
Varlı kişi dedi: - Mən onlara bu qədər muzd vermişəm, çünki çox varımdı. Mən əgər bundan neçə dəfə artıq versəm də mənim sərvətimdən bir şey azalmayacaq. Mən öz varımdan bağışlayıram. Bəs siz buna görə niyə narahat olursunuz? Siz, gözlədiyinizdən daha artıq öz muzdunuzu almısınız. Belə isə müqayisə etməyin. Mən onlara işlərinin qarşılığında deyil, çox varım olduğu üçün bəxşiş edirəm, ehtiyacsız olduğum üçün bağışlayıram.
Həzrət İsa (ə) əlavə edərək deyir: Bəziləri Allaha yetişmək üçün bərk çalışırlar. Bəziləri də qürub vaxtı yetişirlər. Bəziləri də iş başa çatdıqdan sonra gəlirlər. Amma bunların hamısı Allahın bərabər lütf və mərhəmət çətiri altında kölgələnirlər.
Siz bilmirsiniz ki, Allah bəndəsinin haqqına deyil, Öz varına baxır. Allahın zəngin zatından cənnət yaranır. Cənnət, Allahın zənginliyinin və ehiyacsızlığının zühurudur. Cəhənnəmi isə dar düşüncəlilər bərpa ediblər. Çünki o qədər paxıldırlar və həsəd edirlər ki, Allahın lütfünün özlərindən başqa heç kəsə şamil olmasını istəmirlər”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə