Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Allahın sevimliləri

Maraqli

Allahın sevimliləri

Qurani-kərimdə ilahi məhəbbətin əlamətləri və nümunələri, bir çox ifadələrlə deyilib:
1.
İnnəllahə yuhibbut-təvvabin;” Həqiqətən, Allah tövbə edənləri sevir.”
Maraql
ıdır ki, ayədə "taibin” deyilməmişdir. Çünki insan ömründə yalnız bir dəfə günaha düçar olmur ki, bir dəfə tövbə ilə kifayətlənsin. İnsan dəfələrlə günah edir və buna görə də daim tövbə etməlidir. Şeytanın tələlərindən biri budur: O bir neçə dəfə tövbəsini pozan insana deyir: "Sən tövbə adamı deyilsən.” Lakin Allah-təala buyurur: "Mən çox tövbə edən şəxsləri sevirəm.” Yəni Allah-təala istəyir ki, insan hər bir səhvdən sonra çəkinmədən tövbə etsin.
2. "V
ə yuhibbul-mutətəhhirin;” Allah pakizəliyi sevənləri sevir.”
Pakiz
əlik həmin zahiri pakizəlikdən başlayıb dəstəmaz, qüsl və xüsusi ilə müstəhəb qüsllər kimi şəri pakizəlikdən saysız mərtəbələri olan qəlbi pakizəliyə qədər davam edir. Allah qəlbini kin, pis güman, başqalarına pislik və sair bu kimi çirkablardan təmizləyənləri sevir.
3.
Şübhəsiz ki, Allah öz yolunda möhkəm divar kimi səd çəkib döyüşənləri sevir.”
Allah yolunda ixlasla v
ə qətiyyətlə vuruşanlar Allahın sevimli bəndələridir. Bu insanlar səxavətlə canlarını fəda edir və Allah yolunda bütün varlıqlarını qurban verirlər.
Bu m
övzuda başqa ayələr də mövcuddur. Biz isə bu qədərlə kifayətlənirik. (Misal üçün bu ayələrə müraciət edin: "Bəqərə”, 185; "Ali-İmran, 76, 93, 146, 148, 159; "Maidə”, 13, 42; "Tövbə”, 4, 7; "Hucurat”, 9; "Mumtəhinə”, 19.
Uy
ğun mövzuda həzrət Sadiqdən (ə) bir rəvayətə nəzər salaq: "Mən ilahi məhəbbət məqamına çatmaq istədim. Beləliklə, ilahi məhəbbətin günahkarlara kin bəsləməkdə olduğunu gördüm.
Bu r
əvayətə əsasən, Allahı sevib, Allahın da onu sevməsini istəyən kəs Allahın düşmənləri və günahkarlarla düşmənçilik etməlidir. Çünki həm Allahın dostlarını, həm də düşmənlərini sevmək olmaz. Əlbəttə, günahkarlar dedikdə arabir səhvə düçar olan şəxslər nəzərdə tutulmur. Əksinə, belə insanlara qarşı xeyirxah olmalı və onların hidayət olması üçün çalışılmalıdır. Rəvayətdə günahkarlar dedikdə Allahla düşmənçilik edən günahkarlar nəzərdə tutulur.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə