Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Kafirlərin bəzi xüsusiyyətləri

Maraqli

Kafirlərin bəzi xüsusiyyətləri

Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: Allaha və Axirət gününə inanırıq”– deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və (bunu) anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər. Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər. Sözsüz ki, onlar fəsad törədəndirlər, amma (bunu) başa düşmürlər. Onlara: “(Bu )insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin (bunu) bilmirlər.
Onlar m
öminlərlə rastlaşdıqda: Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər.Allah da onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər. Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və (özləri də) doğru yola yönəlmədilər. Onların məsəli (zülmət gecədə) od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də (heç bir şey) görə bilməyəcəkləri zülmətlər içərisində buraxar. (Onlar) kar, lal və kor olduqlarına görə (doğru yola) qayıtmazlar. (Bəqərə,6-18).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə