Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Əməlsiz alim şeytan kimidir

Əməlsiz alim şeytan kimidir

O kəslər ki, çox böyük zəhmətlə elm öyrənib, məqama çatıblar, ancaq öz elmlərinə özləri əməl etmirlər - əməlsiz alimlər hesab olunurlar. Bu cür insanlar şeytana bərabərdirlər.

Bəziləri şeytanın şagirdi və bəziləri də müəllimləridir. Bəziləri dostu və rəfiqi və bəziləri də qardaşlarıdır. Bəziləri isə şeytanla eyni dərəcədədir və əzab, işgəncə rütbəsində eyni sıradadırlar.

Əmirəl-möminin (ə) buyurur: “Tövrat beç kəlmə ilə xətm olunmuşdur. Mən hər səhər çağı onu oxumağı və ona diqqət etməyi sevirəm. Onun ilk hissəsində deyilir: “Öz elminə əməl etməyən alim iblislə bərabərdir””.

İbıis də ən bilikli alimlərdən idi. Ancaq öz elminə əməl etmir. Və baxmayaraq ki, minilliklər boyu behiştdə olur, özünü cəhənnəmə layiq edir.

O alim ki, öz elminə əməl etməz, Qiyamət günü İblislə eyni yerdə olar. Cəhənnəm əzabında da həmin məlunla eyni işgəncədə olar.

Öz elminə əməl etməyən alim bir neçə yerdə İblis kimi peşman olar. Bu peşmançılığı ona fayda verməz. Bu zamanları tanıyaq:

- Ölən zaman. Əmirəl-möminin (ə) buyurur: “Ölən zaman ən peşman insan – o alimlərdir ki, öz elmlərinə əməl etməmişdilər”.

- Qiyamət günü. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, elm və bilik kəsb edər və elmindən istifadə etməz, Allah Qiyamət günü onu kor məhşur edər”.

- Cəhənnəmdə. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bir dəstə behişt əhli və o kəslər ki, alimdən elm kəsb ediblər və onun sayəsində behiştə daxil olublar, xəbər tutarlar ki, həmin alim cəhənnəmdədir. Ondan soruşarlar: “Sənin cəhənnəmə düşməyinə nə səbəb oldu?”. Cavabında deyər: “Mən sizi əmr-be-məruf və nədeyerler.org

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə