Şn12072019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Səhabə Tövbəsi dillər əzbəri olan Hürr Riyahi

Tövbəsi dillər əzbəri olan Hürr Riyahi

Hürrün tövbəsi Kərbəla meydanında hər bir Əhli-beyt (ə) davamçısının ürəyini cuşa gətirmiş və Yezid (lən) ordusuna böyük zərbə vurmuşdu. Hürr tövbə edərək İmam Hüseynin (ə), atası və babasının imamətini qəbul etdi və bu yolla Yezidlə (lən) əlaqəsini birdəfəlik kəsdi. Bu tövbəsi şəhid olmaq bahasına başa gəldi. O, tövbə edərək nur ordusuna qoşuldu və şəhədatə yüksəldi. 

Ixlas.Az deyerler.org-a istinad
ən bildirir ki, Hürün hükayəsi belədir. İmam Hüseyn (ə) insanlara xitab edərək buyurur: "Ey insanlar! Əgər Allahdan qorxsanız, Allah sizdən razı olar. Biz Muhəmmədin (s) Əhli-beyti (ə) vilayətə görə başqalarının haqqı olmadığı və iddia etdiyindən daha öndəyik. Onlar sizin aranızda günah və zülmlə rəftar edirlər. Sizin məktublarınız mənə gəlib çatmışdır. İndi fikrimi dəyişirəm və sizin aranızdan geri qayıdıram". Hürr bu sözləri eşidən zaman məktub mövzusunu inkar edir və deyir: "Allaha and olsun ki, bu məktubların nə olduğunu biz bilmirik". İmam Hüseyn (ə) buyurur: "Ey Əqəbə ibni Səman! Məktublar içində olan xurcunu gətir!". O, getdi və xurcunu gətirdi, hamısını qarşılarında yerə tökdü. Hürr deyir: "Biz o kəslər deyilik ki, sizə məktub yazaq. Bizə əmr gəlmişdir ki, sizinlə qarşılaşan zaman sizdən ayrılmayaq və Kufəyə Ubeydullah ibni Ziyadın yanına aparaq". İmam (ə) buyurur: "Anan yasına əyləşsin, nə istəyirsən?". Hürr deyir: "Əgər ərəblərdən bir başqası mənə bu sözü desəydi, mütləq cavabını verərdim. Ancaq mənim haqqım yoxdur ki, sənin ananın adını çəkəm, məgər yaxşı sözlərlə". Bu Hürrün tövbə etməzdən əvvəlki halı idi. Aşura günü o, qəflət yuxusundan ayıldı. Gördükləri işin çirkinliyi dərk etdi. Komandirliyi və malik olduğu hər şeyi tərk edib, öz-özünə dedi: "Allaha and olsun ki, heç bir şeyi behiştdən üstün bilmərəm. Qayıtmaram, əgər tikə-tikə olsam belə, əgər yansam belə".
Niyy
əti İmam Hüseynə (ə) qoşulmaq oldu və əlini başına qoyub nalı çəkməyə başladı: "Allahım, Sənə pənah aparıram, tövbə əlini başıma qoy ki, mən Sənin Övliyanın və Peyğəmbər (s) qızının övladının ürəyini incitmişəm". İmama (ə) yaxınlaşıb salam verdi və dedi: "Allah məni sənə qurban etsin, ey Rəsulallahın oğlu! Mən o kəsəm ki, səni həbs etmişdim. Qayıtmağına mane olmuşdum. Səni izləmişdim ki, pənah yerinə çatmayasan. Sonra sənə zülm etdim və səni atdan düşürtdüm. Ancaq Allaha and olsun ki, güman etmirdim ki, bu insanlar sənin sözünü və təklifini qəbul etməyəcəklər. Sənin kimi insanla bu cür rəftar edəcəklər. İndi gəlmişəm ki, tövbə edim və fədakarcasına sənin qarşında ölüm. Mənim bu işimi tövbə bilirsənmi?".
İmam (ə) buyurdu: "Bəli, Allah tövbələri qəbul edəndir. Tövbəni qəbul edirəm və sən əfv olunmusan. Sən həmin hürrsən (azadsan), necə ki, ana səni belə adlandırmışdır. Sən dünya və axirətdə hürrsən".
İmam Sadiq (ə) buyurur: "Hürr övladı Bəkirə işarə edir ki, mənim ardımca gəl. İmam (ə) buyurur: "Kimdir?". Hürr deyir: "Oğlumdur". Buyurur: "Allah məndən sizə xeyir əvəzi versin". Hürr oğluna düşmənə hücum etmək əmrini verir. Hürrün oğlu İmamın (ə) əlini öpəndən sonra, atası ilə xudafizləşib düşmənə hücum etdi. Atası Allaha şükür etdi. Oğluna təşəkkür etdi ki, Allah tofiq verdi və zalımlardan ayrıldı. Oğlu şiddətli hücumlar etdi və çox sayda insanı öldürdü. Sonra atasına tərəf qayıdıb su istədi. Atası dedi: "Səbirli ol, qayıt orduya tərəf". Qayıdıb şərəflə şəhid oldu. Hürr onun cənazəsinə nəzər salıb dedi: "Allaha həmd olsun ki, sən öz İmamının yolunda şəhid oldun və şəhidlərin sırasına qoşuldun"".
B
əli, insanların bu ata və oğuldan öyrənməli olduqları çox dərslər vardır. Əgər biz də İmam Hüseyn (ə) hədəfi yolunda səy göstərsək, dünya və axirət xeyirinə biz də çatarıq.
"Ey iman g
ətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın?. Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir". ("Səff" 10-11).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə