Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə ƏQİDƏ Allahın varlığına aid sadə və məntiqi dəlil

ƏQİDƏ

Allahın varlığına aid sadə və məntiqi dəlil

İmam Sadiqə (ə) deyirlər ki, Allaha və varlıq aləminə aid dəlil və bürhan bəyan etsin. İmam (ə) buyurur: “Onun var olmasının dəlili - mənim var olmağımdır. Çünki əgər mənim var olmağım özümdəndirsə, iki haldan xaric deyildir: ya mən özümü olduğum zaman var etmişəm və bu, məntiqi deyildir. Ya da o zaman ki, olmamışam, özümü var etmişəm ki, varlığın yoxluqdan yaranması mahaldır, mümkünsüzdür. Deməli, məni kiminsə var etməsi yəqinə çatır ki, Xalis Varlıqdır. Yoxluğun ona yolu yoxdur.

Əbu Şakir haqqı inkar edənlərdən idi. Bir gün İmam Sadiqin (ə) xidmətinə gəlir və deyir: “Məni Pərvərdigarıma aid hidayət et. Allahın var olmasına aid aydın dəlil gətir”. İmam (ə) ona əyləşməsini buyurur və o, əyləşir. Orada bir uşaq var idi ki, toyuq yumurtası ilə oynayırdı. İmam (ə) yumurtanı ondan götürür və Əbu Şakirə buyurur: “Diqqətlə bax, bu yumurta möhkəm hasar kimidir ki, hər tərəfdən örtülmüşdür. Onun xarici qabığını möhkəm dəri təşkil edir. Daxilində isə nazik dəri vardır. Onun daxilində axıcı ağ maye vardır və ortasında sarı mayə mövcuddur. Ağ sarı ilə qarışmaz, nə də sarı ağla qarışmaz. Yumurta bu keyfiyyətlə düzəldilmişdir. Nə bir şey ona daxil olur və nə də daxilindən nəyisə bayıra çıxır. İndi sən bilmirsən ki, bu yumurta dişi heyvanın mənşəyidir, yoxsa erkək. O zaman ki, xüsusi şəraitlə sındırılar və açılar, cücələr tovuz quşu kimi rəngarəng şəkildə daxilindən xaricə çıxarlar. Ey Əbu Şakir! Bu yumurtanın belə bir xüsusiyyətlərlə əmələ gəlməsində Müdrik bir Xaliqin olmasını zəruri bilirsən və ya bu yumurtanın təsadüfən, öz-özündən əmələ gəlməsinə etiqadın vardır?.

Əbu Şakir başını aşağı salır və bir müddət düşüncəyə qapılır. Sonra başını qaldırıb deyir: “Şəriki olmayan tək Allaha, bəndəsi Muhəmmədin (s) nübuvvətinə, sənin İmam (ə) və Allah bəndələri üzərində hüccət olmağına şəhadət verirəm. İndiyə qədər düçar olduğum batil əqidəyə görə tövbə edirəm”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə