Bz11172019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran Məqalələr Qadınların hüquqlarına dair Qurani-Kərimdə 11 nöqtə

Qadınların hüquqlarına dair Qurani-Kərimdə 11 nöqtə

 

Quran bizlərə qadınların bəzi haqlarını tanıdır ki, onlara işarə edək...

Quran bizlərə həm kişilərdən və həm də qadınlardan örnəklər təqdim edir. Belə ki, buyurur: "Və bu kitabda İbrahimi xatırla ki, o, çox doğruçu və (Allahın) peyğəmbər(i) idi". ("Məryəm" 41). Quran başqa yerdə isə Asyanı nümunə kimi təqdim edir və buyurur: "Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o, demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar". ("Təhrim" 11).

Həqiqətdə qadınla kişi iki ulduzdurlar ki, öz orbitləri ətrafında fırlanırlar. "Nə Günəş (öz təbii hərəkət sistemində bu) Aya (və özünün başqa aylarına, yəni başqa peyklərə) çatmaz, nə də gecə gündüzdən irəli keçməz". ("Yasin" 40).

Quran bizlərə qadınların bəzi haqlarını tanıdır ki, onlara işarə edək.

1. Həyat. Quran buyurur: "Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman. «Hansı günaha görə öldürüldülər?»(Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?»- deyə soruşular)". ("Təkvir" 8-9). Yəni, hətta kafirin qızını belə heç kəsin həyatına son qoymağa haqqı yoxdur.

2. Təhsil. Dinimizin nəzərinə görə, qadınlar da kişilər kimi təhsil almalıdır.

3. Abır. Qadınla kişinin abırı mühüm məsələdir. Ancaq Allah Təala qadınların hesabını ayrıca çəkir və buyurur: "Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina isnad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır". ("Nur" 23).

4. Nəzarət. Qurani-Kərim buyurur: "Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər". ("Tövbə" 71).

5. Tarixdə əziz tutulmuşdur. "(Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal". ("Məryəm" 16).

6. Nümunə olmaq. Fironun həyat yoldaşı kimi. Quran buyurur: "Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!»". ("Təhrim" 11).

7. Şəxsiyyət. Heç kəs qadını məsxərə etməməlidir. "Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın". ("Hucurat" 11).

8. Məskən. Quran buyurur: "Onları (təlaq verilmiş qadınları) imkanınız daxilində öz yaşadığınız yerdə sakin edin. (Yaşayışı) onlar üçün sıxıntılı etmək (və onları getməyə məcbur etmək) üçün onlara (məskən, xərc və s. cəhətdən) zərər vurmayın". ("Təlaq" 6).

9. Azadlıq. Quran buyurur ki, əgər həyat yoldaşınla yola gedə bilmirsənsə, onun təlaqını ver. "(Kişinin arvadı yenidən özünə qaytarmaq haqqına malik olduğu ric'i) təlaq iki dəfədir. Beləliklə (hər dəfə iddə müddətində qayıdaraq onu) yaxşılıqla saxlamaq və ya (qayıtmayıb onu) xoşluqla buraxmaq (kişinin öhdəsinədir)". ("Bəqərə" 229).

10. Xərcini vermək. Quran buyurur: "(Mal-dövlət cəhətindən) zəngin olan kimsə (zövcəsi və övladı üçün) öz var-dövlətinə görə xərcləsin və ruzisi az olan kimsə Allahın ona verdiyindən xərcləsin". ("Təlaq" 7).

11. Mehriyyə. "Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir)". ("Nisa" 4).
Allah Təala müsəlman ümmətini Peyğəmbər (s) və Əhli-Beytinin (ə) yolunda sabitqədəm etsin.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə