Çr11202019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İbrətamiz Məxluqun gözəlliyi Xaliqin gözəlliyinin bir inikasıdır

Məxluqun gözəlliyi Xaliqin gözəlliyinin bir inikasıdır

Əgər Qurana diqqətlə nəzər salsaq, orada gözəlliklərin çoxlu cilvələrini görmək olar. Allah necə də bütün məxluqlarını gözəl xəlq etmişdir!

İnsanın gözəllikləri

Quranda insan nütfəsinin necə folmalaşmasına aid çox sayda ayə vardır ki, bu ali məxluqun inkişaf mərhələlərini bizə tanıdır. Şübhəsiz, Biz insanı(n ulu baba və nənəsini) gilin cövhərindən (ruh üfürməklə və ona möcüzəvi şəkildə can verməklə) yaratdıq.

Sonra onu(n nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq. Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!”. (“Muminun” 12-14).

Bəli, bu Sübhan Allahdır ki, insana ana bətnində istədiyi surəti və simanı bəxş edir, çünki O, hər şeyə qadirdir. “Sizi (anaların) uşaqlıqlar(ın)da istədiyi şəklə salan Odur”. (“Ali-İmran 6). Allah insan gözəlliyi barəsində buyurur:“Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik)”. (“Tin” 4).

“Sizə (belə xüsusi bir şəkildə) surət verdi və surətinizi (bədən üzvlərinizin ruhi və insani sifətlərlə uyğunluğu baxımından) gözəl etdi. (Sizin və digər canlıların) dönüş(ü) Ona tərəfdir”. (“Təğabun 3).

Səmanın gözəllikləri

“Həqiqətən, Biz (sizin yerə) yaxın göyü ulduzlarla bəzədik”. (“Saffat” 6).

Bitkilərin gözəlliyi

“Və bu yeri sərdik, onda möhkəm dağlar yerləşdirdik və orada hər bir şeydən müəyyən ölçüdə (hər biri zahiri görünüş, xüsusiyyət, zaman və məkan baxımından müəyyən biçimdə olan bitkilər) bitirdik”. (“Hicr” 19).

“Ora hər növ canlılardan yaydı. (Biz) göydən (yağış, qar və dolu şəklində) su nazil etdik, beləliklə yerdə gözəl və dəyərli bitkilərin hər cütündən bitirdik”. (“Loğman 10).

Heyvanların gözəllikləri

“Və dördayaqlıları (dəvə, inək və qoyunu) yaratdı. Onlarda sizin üçün bədənin istiliyi və həyatın rahatlığı vasitəsi və (digər) xeyirlər vardır. Və siz onlardan (onların südündən və ətindən) yeyirsiniz.Və onlar(ı saxlamaq)da sizin üçün onları axşamlar otlaqdan istirahət yerlərinə qaytaranda və səhərlər otlağa göndərəndə bir gözəllik və zinət vardır. (Nəhl” 5-6).

Dənizlərin gözəlliyi

“Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar). (Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər]. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?! O iki (şirin və şor) dənizdən inci və mirvari çıxır. (Rəhman” 19-22).

İki dəniz (dənizə oxşar olan böyük çaylar və dənizlər) əsla bir-biri ilə eyni deyildir. Bunun biri pak, şirin və susuzluğu yatırandır nuşcanlıqla içilir o birisi duzlu (şor) və acıdır. Onların hər birindən təzə ət (balıq və sairə) yeyirsiniz və taxdığınız zinətləri çıxarırsınız. Allahın lütfündən və nemətindən (ruzi) axtarmağınız üçün gəmiləri orada dənizin köksünü yara-yara üzən görərsən. Bəlkə şükür edəsiniz. (Geniş və əhatəli olan insan ruhu mömində və kafirdə hər ikisi xeyir işlər və bəşərə xidmətlər göstərsələr belə iman və əxlaqi faydalar və həqiqət baxımından eyni deyildir). (Fatir 12).

Bəli, Allah gözəldir və xəlq etdikləri də çox gözəldir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə