Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli Hər gün namazda istədiyimiz "Siratül-müstəqim" nədir?

Maraqli

Hər gün namazda istədiyimiz "Siratül-müstəqim" nədir?

Siratül-müstəqimi həqiqi mənada tanımaq istəsək, gərək deyək ki, Siratül-müstəqim – həmin dindir. Din isə - Həzrət Məhdidir (ə.f). İmamın (ə.f) davamçıları və aşiqləri həmişə özlərinə belə sual verirlər ki, nə edək ki, İmam (ə.f) bizdən razı olsun. Hansı yolla gedək ki, İmamın (ə.f) mübarək üzü bizə görə ağ olsun?

Biz gündəlik namazlarımızda Allahdan istəyirik ki, bizi həqiqi yoluna tərəf hidayət etsin. Bəs bu həqiqi Sirat yolu hansıdır?

Mübarək “Ənam” surəsi buyurur: “De: «Şübhəsiz, Rəbbim məni doğru yola - sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib»”. (“Ənam” 161).

Allah Təala bu ayədə Həzrət İbrahimə (ə) əmr edir ki, insanlara desin: “Allahım, məni həmin din olan Siratül-müstəqim yoluna hidayət etmişdir. Bu din dünya mənfəətləri və axirət bəndəliyi ilə qiyam edər və boyun qaçırtmaq üçün onda yer yoxdur”.

Beləliklə, Allah Təala bu ayədə bizə öyrədir ki, əgər Siratül-müstəqim yolunda olmaq istəyirsinizsə, din – elə Siratül-müstəqim yoludur. Dinimiz etiqad, əxlaq və əməllə bəzənmişdir. Allah Təbarəkə və Təala onların hər birinə aid qanunlar təyin etmişdir. Peyğəmbərlər (ə) və onların vəsiləri isə bizə əməl meydanını tanıtmışdılar.

İmam Sadiq (ə) buyurur: “Əmirəl-möminin (ə) buyurub: “Allah əgər istəsəydi, Özünü (vasitəsiz olaraq) bəndələrinə tanıdardı. Ancaq bizi qapı və sirat qərar vermişdir. Ona görə də hər kim bizim vilayətdən üz çevirər və ya başqalarını bizdən üstün hesab edər – bu kəslər siratdan kənardırlar”.

İmam Sadiq (ə) yerdə buyurur: “Allaha and olsun ki, biz – Siratül-müstəqimik”.

İmam Əli (ə) buyurur: “Mən – Siratül-müstəqiməm”.

İmam Sadiq (ə) buyurur: “Siratül-müstəqim – Əmirəl-möminin Əlidir (ə)”.

Ona görə də deyə bilərik ki, din – həmin Məsum İmamlarımızın (ə) yoludur. Hal-hazırda isə İmam Məhdinin (ə.f) yoludur. Ona görə də hər birimiz dinin həqiqəti olan İmam Zaman ağaya (ə.f) yaxınlaşmağa çalışmalıyıq.

İnsan sükunətdə olan bir varlıq deyildir, həmişə hərəkətdədir. Hərəkət edən hər bir varlıq üçün isə yol olmalıdır. Alma kimi sadə bir meyvə xoş rəngli və ləzzətli olmaq üçün bir neçə mərhələni arxada qoymalıdır. Tədricən böyüyüb inkişaf etməlidir. Ondan sonra bu cür gözəl rəngə və dada malik olan almaya çevrilməlidir.

İnsan da gərək öz siratında hərəkət etsin. Əgər insan əqaid məsələlərini ruh və canı ilə dərk edərsə, az keçməz ki, onun varlıq aləminə baxışı tövhidi olar. Əslində o əqidə məsələlərini dərk edərək “bir” olmuşdur, tövhid olmuşdur.

Eyni zamanda insan gərək əxlaq məsələrində də hərəkət etsin və dayanmasın. Əxlaq maarifini dərk edərsə, varlıq aləmi ilə də o rəftarla davranar.

Əxlaq və əqaidlə yanaşı, insanın əməlləri də hərəkət edər. İnsan ibadət edər və saleh əməllər yerinə yetirər.

Bir sözlə, din yolunda hərəkət edən hər bir insan əqaid, əxlaq və əməl mərhələlərini keçərək, həqiqi mömin və dindar olar. Yəni, bu insan dini ilə vahid olmuşdur, onu canına hopdurmuşdur. Belə bir dindar və möminin bariz nümunəsi İmam Zaman ağadır (ə.f).

Ona görə də deyə bilərik ki, insanın sirat yolundakı səfəri – elə bir səfərdir ki, insan onu canı və ruhu ilə hiss və dərk edər. Əgər bu yolun bir hissəsini keçə bilsək, o zaman Səbilillaha çevrilərik. Bu, elə yoldur ki, bizi sirat yoluna qovuşdurar. Necə ki, Məsumlar (ə) bu yolu keçmişdilər və onu öz canlarına və ruhlarına hopdurmuşdular.

Beləliklə deyə bilərik ki, hər gün namazlarımızda Allahdan istəyirik ki, bizi Siratül-müstəqim yoluna hidayət etsin. Həqiqi Siratül-müstəqim – həmin dindir ki, bizi yönləndirir və hidayət edir. Bu zaman da dinin eyni nümunəsi isə İmam Zaman ağadır (ə.f).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə