Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İBADƏT Bəzi zikrlər haqqında

İBADƏT

Bəzi zikrlər haqqında

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Rəcəb ayında 1000 dəfə “Lə iləhə illəllah” zikrini deyərsə, Allah onun üçün 1000 həsənə yazar və behiştdə 1000 şəhər inşa edər”. (Tebyan)
«لَا إِلَهَ إِلَّا اللَّهُ (“Lə iləhə illəllah”) zikrini demək - İslam tövhidinin mühüm şüaridır. Bu zikr - möminlərin zikridir. Belə ki, hədislərə əsasən, bu zikri demək İslamın beş üsulundan birini (tövhidi) etiraf etmək deməkdir. İmanın ən mühüm qapılarından biridir.
Həzrət Peyğəmbər (s) bu zikri özünün və özündən əvvəlki peyğəmbərlərin (ə) ən üstün sözü hesab etmişdir. Elə ona görə də risalətinin ilk illərində insanları “Lə iləhə illəllah” cümləsi ilə dinə dəvət edərdi. Davamında isə müsəlmanlara tövsiyə edərdi ki, İslam dinini bu zikri çöx deməklə təzələsinlər.
Əhli-beyt (ə) arasında “Silsilətul-zəhəb” adı ilə məşhur olan Qüdsi hədisdə Allah “Lə iləhə illəllah” zikrini Özünün möhkəm qalası adlandırmışdır. Ona daxil olmaq - insanı İlahi əzabdan qoruyar. Imam Rza (ə) bu hədisdə özünü bu məsələnin şərtlərindən biri kimi tanıtmışdır və bu tanıtmaqda məqsəd - Peyğəmbər (s) Əhli-beytinin (ə) imamətliyidir.
Hədislərin buyurduğuna görə, o kəsin ki, ölən zaman son sözü bu zikr olar, behiştə daxil olar. Başqa hədisə görə, cəhənnəm atəşi bu insana haram olar. Ona görə də ölən insanlara “Lə iləhə illəllah” zikri təlqin edilir.
Əbu Həmzə nəql edir ki, İmam Baqirdən (ə) eşitmişəm ki, buyurub: “Heç bir şey yoxdur ki, savabı “Lə iləhə illəllah” şəhadətini deməkdən çox olsun. Yəni, Allahın yeganəliyinə şəhadət verər. Həqiqətən Allah Təala ilə heç kəs bərabər deyildir və heç bir məsələdə heç kəs Onunla şərik deyildir”.
İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “İstiğfar və “Lə iləhə illəllah” demək - ən yaxşı ibadətdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim desə “Lə iləhə illəllah”, behiştdə onun üçün ağac əkilər ki, yaqutdan qırmızıdır və müşkdən də ağ bunş meyvə verər ki, baldan şirin, qardan ağ və müşkdən xoş ətirlidir”.
Beləliklə dediyimiz kimi, bu zikriin əhəmiyyəti çox böyükdür. Lakin bu zikri Rəcəb ayında deməyin savabı daha çoxdur. Həzrət Peyğəmbər (s) buyurur ki, bu ayda İlahi rəhmət mənim ümmətimə daha çox nazil olar. Ona görə də bu ayda edilən zikrlərin savabı da daha çoxdur. Çünki insanın canına və ruhuna misilsiz təsir qoyar.
Bunu da qeyd etmək lazımdır ki, müsəlman bu zikri dilində deməklə kifayətlənməməli, əməlində ixlaslı, Allah və Peyğəmbərinə (s) itaət edən, Əhli-beytə (ə) sevgi göstərən, saleh əməlli, haramlardan çəkinən olmalıdır. Hər kim bu zikri deyir, gərək şirkdən uzaq olsun.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə