Çr.ax08202019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə AUDİO-VIDEO Həftənin hər günü üçün dualar (səs) Ruzi çətinliyindən xilas olmağın yolları

Ruzi çətinliyindən xilas olmağın yolları

   Bu gün hər bir insan üçün, məşiət və maddi durum məsələsi, aktual mövzulardan birinə çevrilib. Qurani-Kərim ruzinin az olması ilə bağlı bizə belə xəbərdarlıq edir:

“Məni yad etməkdən üz döndərən kəs üçün isə(qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır”. (“Taha” 124).

Bəzən elə olur ki, ruzi qapısı insanın üzünə tamamilə bağlanır və əli heç bir şeyə çatmır. Bəzən də əksinə - əlini hara atsa, ruzinin artmasını görər. Yuxarıdakı ayədən də göründüyü kimi, ruzinin yollarını bağlayan amillər vardır ki, onlardan ən mühüm olanı odur ki, insan Allahı unutsun, yada salmasın. Bu əməlin ruzinin az olmasına çox təsiri vardır.

Bəzən də insanın ruzisi ona görə az olur ki, qənaət etməyi bacarmır və xərclərində israfa yol verir. Bəzən də insanın gəliri yaxşı olur, ancaq hərisliyi və simicliyi onu xərcləməyə imkan vermir və o, əziyyət çəkir. İmam Əlinin (ə) buyurduğu kimi desək, yoxsullar kimi yaşayar, ancaq zənginlər kimi hesab verər.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, örnəyini Əlinin həyatından (ə) alar – həmin fövqəlbəşər insanın ki, bütün dünya nəzərində ağacın bir yarpağından da dəyərsiz idi və Allaha elə ürək bağlamışdı ki, aləm nəzərində kiçik idi – o, hər kim olursa-olsun, həyatı rifah içində olacaqdır. Ancaq o kəslər ki, bu örnəyi unudarlar – hər bir şəraitdə ruzi giriftarlığı çəkərlər”.

Həzrət Peyğəmbər (s) nemətin artması ilə bağlı belə tövsiyə verir: “Hər kimə Allah Təala nemət verər, gərək Allah Təalaya həmd və şükür etsin. Hər kimin ruzisi təxirə düşər, Allahdan bağışlanma istəsin”.

Həzrət Peyğəmbərə (s) deyirlər ki, ruzimin artmasını istəyirəm. Buyurur: “Davamlı olaraq təharətli və pakizə ol, ruzin artacaqdır”.

Həzrət (s) başqa yerdə buyurur: “Çoxlu sədəqə verin ki, Allah sizə ruzi versin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim hər axşam “Vaqiə” surəsini oxusa, heç bir zaman yoxsulluq ona üz çevirməz”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə