Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Həyat yoldaşınızın ağ atlı şahzadəsi olun!

Ədəbi yazılar

Həyat yoldaşınızın ağ atlı şahzadəsi olun!

Hər bir cavan oğlan istəyir ki, ailə qurandan sonra xanımının ürəyində sabit və möhkəm yeri olsun. Yəni, həyat yoldaşı üçün ağ atlı şahzadə olsun. Bunun üçün ata ehtiyac yoxdur, sadəcə şahzadə olmaq kifayətdir. (Tebyan)

Cavan bəyin həyat yoldaşına olan ruhi və hissi ehtiyacları ailənin ilk qurulduğu günlərdən başlayar. O, xanımının ona olan sevgisindən əmin olmaq istəyər. İslam dini kişiyə əmr edir ki, daxili sevgisini dili ilə bəyan edib, həyat yoldaşına bildirsin. Həzrət Peyğəmbər (s) buyurur: “Kişinin qadına dediyi bu söz ki: “Mən səni çox istəyirəm”, heç bir zaman qadının ürəyindən çıxmaz”.

Bir qadının ailədə ən çox istədiyi şey – diqqət və ehtiramdır. Ən çox da xüsusi günlərdə: ad günü, evlilik günü, xanımlar bayramında. Əgər bu xüsusi günlərdə onu kiçik də olsa bir hədiyyə ilə təbrik etsəniz, xanımınız sizin diqqətinizi hiss edər. Əgər kişi öz xanımına diqqət edərsə, onun çox sayda ruhi gərginliklərini aradan aparmış olar. Həzrət Peyğəmbər (s) buyurur:“Kişinin həyat yoldaşının yanında əyləşməsi, Allah dərgahında mənim məscidimdəki etikafdan daha sevimlidir”.

Kişinin qadına hədiyyə verməsi qadınların sevgi hisslərini təhrik edər və ailə ocağını daha da isti edər. Kişi bu yolla xanımına başa salar ki, sən mənim üçün çox dəyərlisən. Həzrət Peyğəmbər (s) buyurur: “Bir-biriniz üçün hədiyyə aparın. Çünki hədiyyə ürəkdə olan kini çıxardar və intiqam və düşmənçiliyi aradan aparar”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Həyat yoldaşına verilən hədiyyə onun iffətini çoxaldar”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kişi ki, bazara daxil olar ki, hədiyyə alsın və onu ailəsinə çatdırar - savabı o kəsə bərabərdir ki, sədəqəni yoxsula çatdırar”.
Kişi adətən cəmiyyətdə gördüyü işlərə görə bəzən tərifnamə alar və bəzən də vəzifəsini artırarlar. Lakin qadın heç bu cür tərifə layiq olurmu? Kişi əgər xanımını gün ərzində gördüyü işlərə görə tərifləsə və qədrini bilsə, o, bu işləri daha həvəs və şövqlə yerinə yetirər və həyat yoldaşının ona diqqət etdiyindən əmin olar. Bu cür qadın həyat çətinliklərini gülərüz və səbirlə qarşılayıb yola verər.

Hər bir qadının həssas bir mövzusu vardır. Kişinin onun ailəsinə və qohumlarına qarşı münasibəti, həyat yoldaşının ondan başqasına diqqət etməsi, gec evə gəlmək, səliqəsizlik, ərin uzun müddət sükut etməsi və ona diqqət etməməsi kimi. Bu həssaslıqların başında həyat yoldaşına olan sevgi durur. Qadının ən çox həssas olduğu mövzu - ərinin ona diqqətidir. Kişi dildə dediyi kimi, əməldə də bu sevgini sübut etməlidir.

İnsan fitri olaraq hörmətə ehtiyac duyur. Bu mövzu həm qadınlara aiddir, həm də kişilərə. İslam dini də bu mövzuya xüsusi əhəmiyyət verir. İmam Səccad (ə) buyurur: “Həyat yoldaşının haqqı odur ki, biləsən Allah onu sənin üçün rahatlıq, hüzur, yavər və səni yolunu azmaqdan qoruyan kimi qərar vermişdir. Onu gərək əziz tutasan”.
İmam Sadiq (ə) buyurur: “Hər kim evlənsə, gərək xanımını əziz və möhtərəm tutsun”.
Bəzənmək ancaq qadınlara aid deyildir, kişi də gərək xanımı üçün bəzənsin və səliqəli olsun. Həzrət Peyğəmbər (s) buyurur: “Paltarlarınızı təmiz edin və saçlarınızı azaldın. Misvak edin və bəzənmiş və pakizə olun ki, Bəni-İsrayil belə etmədiklərinə görə qadınları zinakar oldular”.

Kişi gərək xanımına qarşı nikbin olsun, bədbin deyil. İmam Əli (ə) buyurur: “Ehtiyatlı ol ki, qeyrətin yeri olmayan zaman qeyrət göstərməyəsən. Çünki bu əməl düzgün insanları fəsada tərəf və iffətli insanları günaha tərəf meyl etdirər”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə