Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Məhəmməd (s) Həzrət Muhəmmədin (s) Allah qatında ən dəyərli xüsusiyyəti nə idi?

Həzrət Muhəmmədin (s) Allah qatında ən dəyərli xüsusiyyəti nə idi?


  Dünyada qəlbləri kin tutmamış, həqiqət və ədalət təşnəsi olan bir çox insan Həzrət Muhəmmədin (s) mövlud sevincini yaşayır. Həzrət Muhəmməd (s) haqqında dünyanın bir çox mütəfəkkirləri öz fikirilərini, düşüncələrini paylaşmışlar. Almaniyanın böyük ictimai xadimi Otto Bismark Həzrət Muhəmməd (s) haqqında öz müsbət fikirlərini bölüşərkən, Rəsulullahın qüdrəti (s) və idarəçiliyi haqqında fikirlər söyləmişdi. “İnsanlıq sənin kimi seçilmiş qüdrəti bir dəfə görmüş, bundan sonra isə görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyirəm”.
Əsərlərində bir çox ictimai məsələlərə yer verən irlandiyalı yazar Bernard Şou, Həzrət Muhəmmədi (s) tam fərqli cəhəti ilə vəsf edir. “İnsanlıq probleminin üst-üstə yığılaraq həlledilməz bir hal aldığı günümüzdə Həzrət Məhəmmədə (s) son zamankından daha çox möhtacıq. Əgər o, içimizdə olsaydı, bütün bu problemləri çox rahatlıqla həll edərdi” – deyə, Rəsulallahı (s) ictimai problemlərin ən gözəl şəkildə həllini bacaran bir insan kimi xarakterizə edir.
Beynəlxalq Hüquq Konqresinin banisi Şebol isə Həzrət Muhəmmədi (ə) mükəmməl qanunlar gətirmiş bir şəxs kimi təqdim edərək deyir ki, Həzrət Məhəmmədin (s) insan olması etibarilə, bütün bəşəriyyət şübhəsiz fəxr edər: “O Zat, on üç əsr əvvəl elə qanunlar və əsaslar gətirmişdir ki, biz avropalılar iki min il sonra onun qiymətinə və həqiqətinə yetişsək ən məsud, ən səadətli nəsillər olarıq”.
Bu mütəfəkkirlərin heç biri yanılmır və hər biri özü-özlüyündə həqiqətin bir tərəfini görür. Bəs görəsən Həzrət Muhəmmədin (ə) əsl üstün cəhəti nə idi? Başqa sözlə desək, Allah Təala Həzrət Muhəmmədi (s) hansı xüsusiyyəti ilə vəsf edib? Bu sualın cavabını tapmaq üçün təbii ki, Quranı-Kərimə müraciət etmək lazımdır. Allah öz Rəsulunu nə mükəmməl idarəçiliynə görə, nə yaxşı nitqinə görə, nə də digər xüsusiyyətlərinə görə tərif etmədi. “Qələm” surəsinin 4-cü ayəsində Allah Rəsulundakı ən üstün xüsusiyyəti cəmiyyətə tanıdıraraq bildirdi ki, Onun gözündə Həzrət Muhəmmədi (s) ən dəyərli edən xüsusiyyət – onun əxalaqının gözəl olmasıdır. “Həqiqətən, sən böyük bir əxlaqa maliksən” (“Qələm” 4).
Allah Təala bizləri o Həzrətin (s) həqiqi davamçılarından qərar versin.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə