Paxıllıq haqqında

Loğman oğluna buyurur: “Paxılın üç nişanəsi vardır: insanın arxasından qeybət edər, yaltaqlıq edər, başqalarının çətinliyinə sevinər”.
İmam Əli (ə) buyurur: “Paxıl tez əsəbləşər, kini gec ürəyindən çıxar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Öz ehtiyaclarınızı yerinə yetirmək üçün gizli işlərdən yardım alın. Çünki hər bir nemət sahibi həsədə tuş gələr”.
İmam Əli (ə) buyurur: “Həsədə afərin olsun! Necə də ədalətli peşədir. Hər şeydən əvvəl sahibini öldürər”.
İmam Sadiq (ə) buyurur: “Altı (sifət) mömində yoxdur: çətinliyə salmaq, xeyir verməmək, həsəd aparmaq, tərslik etmək, yalandan danışmaq və təcavüz etmək”.
İmam Əli (ə) buyurur: “Həsəd bədəni cürüdər və əlil edər”.
Bu nurani hədislərdən də görüdüyü kimi, həsəd qorxulu bir xəstəlikdir və insanın həm bu dünyasını və həm də axirətini məhv edə bilər. Bu xəstəliyi müəyyən edək və onu müalicə etməyə çalışaq.