Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli QURBAN HAQQINDA QISACA...

Maraqli

QURBAN HAQQINDA QISACA...


Bismilləhirrəhmanirrəhim
- Qurban kəsmək İslam aləminin ən tanınmış ibadət və mərasimlərindən biridir.
- “Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!” (əl-Kövsər surəsi, 2)
- Peyğəmbərimiz Muhamməddən (s.a.s) rəvayət olunur ki, O da (s.a.s) qurban bayramı günü iki kök, ətli qoç kəsmişdi, biri ailəsinin, biri də ümmətinin adından.
- Qurban bayramı günü Allah təala üçün ən sevimli əməl qurban kəsməkdir.
- Qurban kəsilərkən, qurbanlıqdan axıdılan ilk damla qanla sahibin günahları bağışlanır.
- Qurban kəsərkən və ya kəsdirərkən bunu demək gərəkdir; “Bismillah, Allahu əkbər!” Yaxşı olarkən buna əlavə olaraq belə deyilsin; “Allahım bu qurbanlıq Səndəndir, Sənin verdiyindir və Sənin üçün kəsilir. Allahım məndən və filankəslərin adından qəbul et!”
- Qurban kəsmək, hər imkanı çatan şəxs üçün bəyənilən əməldir.
- Bir qurban kəsmək, öz himayəsində olanların (məsələn ailəsi adından) adından kifayətdir.
- Qurban kəsiləcək qoyun 6 aylıqdan böyük, inək isə 2 yaşından yuxarı olmalıdır.
- Qurban mütləq bayram namazından sonra kəsilməlidir.
- Qurbanlıq 3 bərabər hissəyə bölünür. 1 hissəsi ailə üzvləri üçün. 1 hissəsi ehtiyacı olan qohum və qonşu üçün. 1 hissəsi də kasıblar, imkansızlar və ehtiyacı olanlar üçün.
- Qurban kəsdirən, qurbanlıqdan qəssaba işinin əvəz haqqısı kimi heç nə verməməlidir. Yalnız sədəqə və ya pay kimi verə bilər.
- Qurbanlığın nə ətindən, nə dərisindən, nə də heç bir hissəsindən satmaq olmaz! Qurban sırf və ixlasla Allah üçün alınmalı, Onun üçün kəsilməli və Onun üçün paylanmalıdır, heç bir qarşılıq və ya mənfəət əldə etmək üçün istifadə olunmamalıdır!


Qurban Bayramınız Mübarək! Allah qurbanlarınızı qəbul etsin!

www.azerislam.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə