Maraqli

Göyərəçin cinləri evdən qovur

İmam Məhəmməd Baqir (ə) buyurur ki, bir nəfər Peyğəmbərin (s) yanına gəlib cinlərin onları evlərindən qovmasından şikayət etdi. Peyğəmbər (s) buyurdu: Otaqlarınızın tavanının hündürlüyünü 7 ziradan artıq etməyin və evinizin bir küncündə göyərçin saxlayın. O kişi deyir ki, biz Peyğəmbərin (s) göstərişinə əməl etdik və artıq heç bir şey bizi narahat etmir.

“Mən la yəhzəruhul-fəqih” kitabında gəlib: Bir nəfər Peyğəmbərin (s) xidmətinə gələrək tənha qalmaqdan qorxduğunu dedi. Peyğəmbər (s) ona tövsiyə etdi ki, evdə bir cüt göyərçin saxlasın.

Həzrət Əli (ə) buyurur: Göyərçinin öz qanadlarını bir-birinə vurması şeytanı qovur.
Cəfəri deyir: İmam Kazimin (ə) evində bir cüt göyərçin gördüm. Erkək göyərçin göy rəngdə, dişi göyərçin isə qara rəngdə idi. Həzrət (ə) onlara çörək xırdalayırdı.

İmam Sadiq (ə) buyurur: Peyğəmbərlərin (ə) hər birinin evində göyərçin var idi. Çünki cinlərin səfehləri evdəki uşaqlarla oynayırlar. Evdə göyərçin olsa onlarla başlarını qarışdırırlar və başqaları ilə işləri olmur.