Çr.ax10222019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Məhəmməd (s) Həyatı Hzərət Məhəmməd (s) şəhadəti - mesaj bölüməsi İki qadının Peyğəmbərə (s) qarşı çıxdığında ona yardım edən “Möminlərin salehi”

İki qadının Peyğəmbərə (s) qarşı çıxdığında ona yardım edən “Möminlərin salehi”

Quranda gələn "Salihul-Möminin"dən məqsəd kimdir?
İslaminSesi – Ən məşhur sünni alimi olan Buxari öz Səhih əsərində 73-cü fəsildə iki qadının Peyğəmbərə qarşı çıxmasını gətiribdir.

Burada qeyd olunur ki Peyğəmbər(s) bəzən xanımı Zeynəb binti Cəhşin evinə gedəndə orada bal yeyərdi. Digər iki xanım Ayişə bint Əbu-Bəkr və Həfsə bint Ömər də bundan narahat idilər. Onlar bir-birilə sövdələşdilər ki Peyğəmbərə(s) sən Səmğ və Məğafir yemisən.( Bu nadir hallarda qida kimi istifadə edilir. Bəzi ağaclardan çıxan bu şirə pis iy verir). Bu iki qadın bununla Peyğəmbərə əziyyət vermək istəyirdilər və ondan pis iyin gəldiyini ona demək istəyirdilər.

O iki qadın bunu dəfələrlə etdilər. Peyğəmbər(s) isə Səmğ deyil, Zeynəb binti Cəhşin evində bal yediyini deyirdi. Peyğəmbər(s) onlardan istəyirdi ki, ondan pis iyin gəlməsini digərlərinə deməsinlər.

Bu zaman ayə nazil olur:

(Ey Həfsə, ey Aişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Təhrim surəsi, ayə-4)

Səhih Buxaridə (cild-4 səh-1868 və ya 4630-cu hədis) gəlib ki biri Ömərdən soruşdu ki Peyğəmbərə qarşı qalxan və bu işdə bir-birinə yardım edən bu iki qadınlar kimi idi. O dedi ki onlar Ayişə və Həfsə idi.

Bəs bu ayədə gələn “möminlərin salehi” kimdir ki, belə hallarda onun yardımına qalxarlar və həmişə Peyğəmbərin tərəfini tutarlar?

Əhli-sünnə kitablarından olan Fəthul-Bari (cild-1, səh-331), Tarixu Diməşq (cild-42, səh-362) və Yənabiul-Məvəddə (cild-1, səh246) və sair Əhli-sünnə mənbələrində gəlib ki “Möminlərin salehi” Əli ibni Əbu-Talibdir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə