Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Qədir-Xum bayramı

Bu gün İslam dünyasının əhəmiyyətli bayramlarından olan Qədir-Xum bayramıdır

Bu gün, Zilhiccə ayının 18-də İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir. Məhz bu gün, hicrətin 10-cu ili (miladi 632-ci ilin mart ayı) Məhəmməd Peyğəmbər (s) Allahın buyruğuna müvafiq olaraq Həzrət Əlini (ə) canişini təyin edib.

Qədir-Xum hadisəsi Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xümm (əslində Ğədir əl-Xümm) vahəsində baş vermiş məşhur hadisənin adıdır. Rəvayətlərə görə, Peyğəmbər (s) 100 min nəfərdən çox səhabə ilə birlikdə vida həccini yerinə yetirib, Zilhiccə ayının 14-də Məkkəni tərk edib və Mədinəyə sarı üz tutub. Məhz Məkkə ilə Mədinə arasında, Cühfə kəndi yaxınlığında Qədir-Xum hadisəsi baş verib.

Allah-Təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy edib: «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!» («Maidə», 67).

Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) karvana köç salmaq əmrini verib. Həzrət Məhəmməd Peyğəmbər (s) camaatla zöhr namazını qılıb, sonra isə hazırlanmış minbərə qalxıb xütbə söyləyib. Peyğəmbər müsəlmanlara xatırladıb ki, özündən sonra iki qiymətli əmanəti – Quranı və Əhlibeytini tapşırır. Müsəlmanların vəzifəsi budur ki, həmin iki əmanətə ehtiramla yanaşsınlar, onlardan uzaq düşməsinlər.

Sonra Peyğəmbər (s) yanında durmuş Əli ibn Əbu Talibin (ə) əlini tutub yuxarı qaldırdı və buyurdu: «Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır».

Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar edib və ardınca söyləyib: «İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!».

Camaat Peyğəmbərin əhatəsindən dağılışmazdan əvvəl bu mübarək ayə nazil oldu: «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim» («Maidə», 3-cü ayədən).

Sonra Peyğəmbər (s) Əli ibn Əbu Talib (ə) üçün çadır qurdurub, özü da başqa bir çadırda əyləşib. Bütün müsəlmanlar Əlinin çadırına yaxınlaşıb, Onu təbrik ediblər. Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibi (ə) təbrik etmiş ilk şəxs gələcək raşidi xəlifələri Əbu Bəkrlə Ömər ibn Xəttab olublar.

İmam Sadiq (ə) buyurub: «O gün oruc tutun, ibadət edin, Mühəmməd Peyğəmbəri (s) və nəslini xatırlayıb onlara salavat söyləyin. Peyğəmbər Əliyə vəsiyyət etmişdi ki, həmin günü bayram etsin».

Bu günün əməlləri
1 – Oruc.
2- Qüsl vermək.
3- Əmirəl Mömini “Əminəllah” ziyarətnaməsi ilə ziyarət etmək
4- Nüdbə duasını oxumaq
5- Möminlə görüşdükdə onu təbrik etmək və belə demək: «الحمد الله الذی جعلنا من المتمسّکین بولایه امیر المومنین الائمه المعصومین علیهم السلام و.» - Əlhəmdulilləhil ləzi Cəələnə minəl Mutəməssikinə bi Viləyti Əmirəl Mominin vəl Əimmətil Məsumin əleyhimus səlam.
6 – Gözəl Libaslar geyinmək.
7– Zinətlənmək.
8- Xoş qoxularla ətirlənmək.
9- Həzrəti Əlinin Şiələrini şadlandırmaq.
10- Şiələrin təqsirini bağışlmaq.
11- Şiələrin arzu və hacətlərini yerinə yetirmək.
12- Siləi-rəhm etmək (Qohum, dost, qonşu, yaxınlar və. s. axtarmaq)
13- Böyük Vilayət Nemətinin verildiyi üçün Allah Təalaya həmd səna etmək.
14- Çoxluca salavat göndərmək.
15- Əhli Beytin (əleyhimus səlam) düşmənlərinə çoxluca lənət göndərmək və onlardan Allaha pənah aparmaq.

Bizdə ahlibeyt.ge olaraq başda İmam Məhdi (ə) və Vəliyyi-Fəqih olmaqla bütün müsəlmanları təbrik edirik!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə