Maraqli

Yuxu və yatmaq haqqında

 

Yatmağın qaydaları
Yuxu bağlı bir hadisə olsa da, adi bir hal kimi görünür. İnsan daim bu nemətdən faydalanır və Allah-taala insanın yorğunluğunu yuxu vasitəsilə çıxarır. «Yuxunuzu sakitlik səbəbi qərar verdik» («Nəba» 9).

İlk baxışdan qəribə heç bir şey yoxdur. Lakin yuxu insan üçün digər bir həyatdır. Yatarkən yuxu görülməsi insan ruhunun qanadlanmasıdır. Ona görə də rəvayətdə Rəsulullah (s) yuxunu axirət aləminə, ölümə oxşadır. «Yuxu ölüm kimidir» («Bihar» 73-cü cild).

Allah-taala yuxu haqqında buyurur ki, yuxuda insanın ruhu çıxır və Allahın yanına qalxır. Allah istədiyi halda ruh elə oradaca qalır və bu hal ölümdür. Yox əgər ruh geri qayıdarsa, insan yuxudan oyanır. «Allah onların canlarını öldükləri zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar, digərlərinin canlarını isə müəyyən bir müddətədək qaytarar» («Zumər» 42).

Aydın olur ki, bütün xüsusiyyətləri bilinməsə də yuxu yalnız yorğunluğun çıxarılması məqsədini daşıyan sadə bir şey deyil.

əgər yuxu insan üçün başqa bir həyatdırsa, onun qaydaları və göstərişləri olmalıdır. Din bu sahədə yol göstərir. Rəsulullah (s) və digər din rəhbərlərindən nəql olunub ki, insan dəstəmazlı halda və üzü qibləyə yatmalıdır. («Bihar» 73-cı cild). «Dəstəmaz alıb yatan kəs yuxuda ölərsə, şəhiddir». Din tövsiyyə edir ki, istər yuxu, istərsə oyaqlıq zamanı Allahı unutmamalıdır. Ona görə də çox təkid edilib ki, yuxu zamanı imkan daxilində bəzi zikrlər və Quran ayələri oxunsun. Məsələn, «Ayətəl-kürsi», «Tövhid», «Təkasür», «Vaqeə» surələri, «Şəhid əllah» ayəsi qiraət edilsin. Peyğəmbərdən sifariş olunub ki, həzrət Zəhra (ə) təsbihatı deyilsin.

Həzrət yuxudan oyanandan sonra səcdə edər, bu duanı oxuyardı: «Həmd olsun o Allaha ki, bizi yatağımızdan qaldırdı. Əgər istədiyi, qiyamətədək yataqdaca saxlardı». Həzrət yatmazdan qabaq və oyanandan sonra misvak çəkərdi (dişini təmizlərdi). («Bihar» 73-cı cild)./ixlas.