Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Əyləşmək qaydası

Öyüd-Nəsihət-Rəvayət

Əyləşmək qaydası

Əyləşməyin ədəbi


Rəsulullah (s) bu sahədə də başqaları üçün bir örnəkdir. O, oturub-durarkən daim Allahı zikr edərdi, heç vaxt oturmaq üçün xüsusi bir yer nəzərdə tutmazdı. çalışardı ki, məclisin aşağı hissəsində əyləşsin. («Bihar» 16-cı cild).

Onun hörmətinə kimsənin ayağa durmasını sevməzdi əgər bir şəxs onun hörmətinə başqalarının ayağa durmağını gözləyirsə, demək özünü yuxarı tutur və bu da günahdır. Ona görə də belə şəxs cəhənnəm oduna düçar olacaqdır. «Onun üçün ayağa durulmasını istəyən adamın yeri oddur» («Bihar» 76-cı cild).

Həzrət adətən üzü qibləyə oturardı. («Bihar» 16-cı cild). O, özü üçün yer hazırlamaqdan çəkinər və başqalarını da bu xudpəsənd işdən çəkindirərdi.

Həzrət oturarkən söykənib, təkyələnib oturmazdı. O, üç cür oturardı: (ərəbi) təşəhhüd halındakı kimi iki dizi üstə, ya da bir ayağını yığıb, o birini onun üzərinə qoyardı. («Bihar» 16-cı cild)./

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə