Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəcəb Rəcəb ayına aid məqalələr Fürsətlər buludlar kimi ötüb gedər. Rəcəb ayının fürsətlərindən qafil olmayaq

Rəcəb ayına aid məqalələr

Fürsətlər buludlar kimi ötüb gedər. Rəcəb ayının fürsətlərindən qafil olmayaq

Rəcəb ayı – o xüsusi zamanlardandır ki, rəhmətlə doludur. İnsanların qarşısına çoxlu fürsətlər qoyulur ki, bacardıqları qədər İlahi rəhmətdən daha çox faydalansınlar. Məsumlarımız (ə) bu ayda çoxlu istiğfar etməyi, oruc tutmağı, saleh əməllər yerinə yetirməyi, Allahı çoxlu zikr etməyi tövsiyə edirlər.

Allah Təala Qüdsi hədislərin birində Rəcəbi Özü ilə bəndələri arasında olan möhkəm kəndir adlandırmışdır. Hər kim ona çəng vurar, İlahi vüsala çatar. Bu ayda oruc tutanlar üçün çox sayda fəzilət zikr edilmişdir. O cümlədən: qəbir əzabının aradan qalxması, min ilin ibadətinə bərabər olması, cəhənnəmim qapılarının bağlanması, can verməyin çətinliyindən azad olmaq, Siratdan rahat keçmək, behiştdə bu insanlar üçün xüsusi yerin nəzərdə tutulması və cəhənnəmdən uzaq olmaq – bu ayda oruc tutanların malik olacaqları əcrlərdən bir neçəsidir.

Həzrət Peyğəmbər (s) buyurur: “Behiştdə qəsr vardır ki, Rəcəb ayının oruc tutanlarından savayı heç kəs ora daxil olmaz”.

Beləliklə görmək olur ki, insanın başqa aylarda tutduğu orucun fəziləti ilə bu mübarək aylarda tutduğu orucun fəzilətləri arasında çox fərq vardır. Ona görə də onu qənimət bilib, bəhrələnmək lazımdır.

Allahdan bağışlanma istəmək – hər bir zaman və məkanda mömin bəndə üçün zəruri mövzulardandır. İnsan öz təqsirlərinə və xatalarına diqqət edərək, Allaha üz tutar və bağışlanma istəyər. Bu ayda edilən tövbələrin də xüsusi təsiri vardır. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Hər kim Rəcəb ayında bu zikri yüz dəfə deyərsə: “Əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh”  və sədəqə verərək bu ayı sona çatdırarsa, yüz şəhidin savabına malik olar. Əgər Rəcəb ayında dünyadan gedərsə, Allah ondan razı olar”.

Bu ayo xüsusi zamanlardandır ki, dualar göyə qalxar və hacətlər yerinə yetər. Bu, elə fürsətlərdir ki, tez bir zamanda gəlib gedər. Ona görə də onu dəyərləndirmək lazımdır. Əmirəl-möminin (ə) buyurur: “Fürsətlər buludların ötməsi kimi ötüb gedər. Ona görə də xeyirli fürsətlərdən bəhrələnin”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə