Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Dualar - Zikrlər Bəla və çətinliyə qarşı

Dualar - Zikrlər

Bəla və çətinliyə qarşı

Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurdu: Çətinliyə düşdüyün zaman bu duanı oxu: "Bismillahir-rəhmanir-rəhim, la həvlə və la qüvvətə illa billahil-əliyyil-əzim, Allahummə iyyakə nəbubu və iyyakə nəstəin” (Bağışlayan və mehriban Allahın adı ilə, varlıq aləmində Allahdan başqa təsirli qüvvə yoxudr. Pərvərdigara! Yalnız Sənə pərəstiş edirəm, yalnız səndən kömək istəyirəm).
Yatmazdan qabaq dua...

Həzrət Peyğəmbər (s) yatmazdan qabaq Ayətəl-kürsi oxuyar sonra belə dua edərdi: Pərvərdigara! Sənin adınla Sənə iman gətirdim. Tağut və azğınlardan üz çevirmişəm! Pərvərdiğara yuxuda və oyaq ikən məni qoru.

Süfrənin bərəkətli olması üçün...

Həzrət Peyğəmbər (s) süfrənin bərəkətli olması üçün belə dua edirdi: "Pərvərdigara! Çörəyimizə bərəkət ver, bizimlə ruzi arasında ayrılıq salma”.

Tədrisdən öncə dua...

Bir mövzuda dərsə başlamaq istəyən Peyğəmbərdən (s) nəql olunmuş bu duanı oxusa faydalanar: "Pərvərdigara! Pərvərdigara azmaqdan və azdırmaqdan Sənə sığınıram, büdrəməkdən və büdrətməkdən zülm etmək və zülmə düçar olmaqdan, nadanlığa düşməkdən və nadanlığa çəkməkdən Sənə panah aparıram. Pərvərdigara! Kim Sənin civarına baş əydisə başı uca oldu. Adların müqəddəsdir. Sənə sitayiş əzəmətlidir. Səndən başqası ibadətə layiq deyil. Bütün ehtiyaclarımı ödəyən Allah mənə bəs edər. Özümü Ona tapşırıram, bütün ehtiyac və hərəkətlər onun qüdrət əli altındadır. O uca və böyükdür. Pərvərdigara! Qəlbimi möhkəm və sabit qərar ver. Dilimdən həqiqəti cari et”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə