Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Dualar - Zikrlər Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır

Dualar - Zikrlər

Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır

 

Peyğəmbərə və onun ailəsinə salavat göndərməyin əhəmiyyəti və fəziləti

 

“Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və onun əmrinə yaxşı tərzdə təslim olun.” [1]

 

Həzrət Rəsulullah (s) buyurub:

“Harada olsanız mənə salavat göndərin, çünki sizin salavatınız mənə gəlib çatır.” [2]

“Mənə salam və salavat göndərmək, sirat üstündə bir nurdur.” [3]

“Kim bir yazıda mənə salavat göndərsə, mənim adım həmin yazıda olanadək, mələklər daim onun günahlarının bağışlanmasını dilərlər.” [4]

“Ən xəsis insan, onun yanında mənim adım çəkiləndə mənə salavat göndərməyəndir.” [5]

 

İmam Əli (ə) buyurub: “Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır.” [6]

 

İmam Baqir (ə) buyurub: “Qiyamət günü tərəziyə qoyulacaq ən ağır əməl Məhəmməd və Ali Məhəmmədə salavat göndərməkdir.” [7]

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə