Cm.ax11212019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə ƏQİDƏ “Ülul-əmr” kimlərdir?

ƏQİDƏ

“Ülul-əmr” kimlərdir?

Cabir ibn Əbdüllah Ənsari deyir: Allah-təala Peyğəmbərinə ayə nazil etdi: “Ey iman əhli! Allaha itaət edin, peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun...” (“Nisa”, 59)
Bu ayə nazil olanda mən dedim: “Ey Allahın rəsulu! Biz Allahı və Onun rəsulunu tanıyırıq. Bəs itaəti vacib olunmuş “ülul-əmr” kimdir?”

Həzrət (s) buyurdu: “Cabir! Məndən sonra canişinlərim və müsəlmanların rəhbərləri var. Onların birincisi Əli ibn Əbi Talib (ə), ikincisi Həsən (ə), üçüncüsü Hüseyn (ə), daha sonra Əli ibn Hüseyn (ə), Məhəmməd ibn Əlidir (ə). Onun adı Tövratda Baqir kimi qeyd olunur. Sən onu görəcəksən. Onu ziyarət edəndə mənim salamımı çatdır.

Sonra Cəfər Sadiq (ə), Musa Kazim (ə) Əli ibn Musa (ə), Məhəmməd ibn Əli (ə), Əli ibn Məhəmməd (ə), Həsən ibn Əli (ə) canişin olar. Sonda adı mənim adımdan olan höccət, Həsən ibn Əlinin (ə) övladı gələr. Allah şərqi və qərbi onun əli ilə fəth edər. O şiələrin və dostların gözündən qeybə çəkilər. Həmin vaxt Allahın istədiklərindən savayı onun İmamətinə möhkəm inanan olmaz.” (“Əl-mənaqib”, 1-242; “Kəmalud-din”, 253; “Kifayətul-əsər”, 53)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə