Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Bir gündə Əhli-Beyt (ə) haqda nazil olan 3 mühüm ayə

Şiə məqalələri

Bir gündə Əhli-Beyt (ə) haqda nazil olan 3 mühüm ayə

Hicri-qəməri tarixi ilə bu gün zil-hiccə ayının 24-dür. Bu gündə Əhli-Beyt (ə) və onların şəxsiyyəti haqda 3 mühüm hadisə baş verib və bunlar haqda ayələr nazil olub.
İslaminSesi – Həzrət Əlinin namazda ikən bir yoxsul dilənçiyə üzüyü bağışlaması bu gündə yəni zil-hiccənin 24-də baş verib.

Həzrət Əli, məscidə girib dilənən dilənçiyə üzüyünü rükuda ikən bağışlayan zaman Maidə surəsinin 55-ci ayəsi nazil oldu:

“Sizin vəliyyiniz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.”

İstisna olmadan bütün sünni və şiə müfəssirləri bu ayənin həzrət Əlinin şənində nazil olduğunu deyirlər.

Bu gündə Əhli-Beyt(ə) haqda daha bir ayə nazil oldu.

Hadisə bundan ibarətdir ki həzrət Əli(ə) və Fatimeyi-Zəhra(s.ə) orucluq zamanı onlara ağız açan yoxsula öz iftara qalan yeməklərini verməli olurlar və özləri ac qalırlar. Bu neçə dəfə təkrarlandıqdan sonra bu gündə “Həl Əta” surəsinin 1-18 ayələri nazil olur və Əhli-beytin necə isar və fədakarlıq etdiyini ortaya qoyur.

İnsan surəsinin 8-ci ayəsində deyilir:

“Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.”

Əhli-beytin uca məqamını sübut edən daha bir mühüm hadisə isə Mübahilə hadisəsidir. Bu gün də zil-hiccənin 24-də baş verib. Ayə belədir:

““(Ya Peyğəmbər!) Sənə risalət gəldikdən sonra, səninlə mübahisə edənlərə de ki: Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib deyək: Allahın lənəti yalançılara olsun.” (Ali-Imran 61)

Belə ki Nəcran keşiş və xristianlarından ibarət bir heyət həzrət Peyğəmbərin yanına gəlib, peyğəmbərlik (İsa Məsih və s.) haqqında onunla mübahisə və mücadilə etmək istədilər. Bu vaxt Allah-Təala, yuxarıdakı ayəni Peyğəmbərə (s) nazil edib buyurdu ki, Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırıb, onlarla birlikdə səhraya çıxsın. Xristianlar də öz növbəsində özləri, uşaqları və xanımları ilə birlikdə səhraya çıxsınlar, birlikdə dua edib Allaha yalan bağlayanlara lənət diləsinlər.

Zəməxşəri Kəşşaf təfsirində belə yazmışdır: Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə dəvət etdiyi zaman onlar dedilər: «İcazə verin qayıdaq və bu barədə bir qədər fikirləşək. Onlar öz aralarında məsləhətləşib, öz fikir sahiblərinə müraciət edərək dedilər: Ey Əbdül-Məsih! Bu haqda nəzərin nədir? O, cavab verdi: Ey xristianlar! And olsun Allaha, siz yaxşı bilirsiniz ki, Məhəmmədə Allah tərəfindən haqlı kitab göndərilmişdir. Allaha and olsun ki, bu vaxta qədər bir peyğəmbər ilə mübahilə edən heç bir millətin böyükləri diri qalmamışdır. Əgər onunla mübarizə etsəniz hamınız həlak olacaqsınız. Bunlara baxmayaraq əgər, yenə öz dininizdə qalmaq istəyirsinizsə bu adamı (Məhəmmədi) tərk edin və mübahilə etmədən öz ölkənizə qayıdın.

Bu əsnada gördülər ki, həzrət Peyğəmbər (s) Hüseyn qucağında, Həsən(ə) isə əlindən tutmuş halda və arxasınca xanım Fatimə(s.ə) və ondan sonra da Əli (ə) gəlirlər. Peyğəmbər (s) onlara buyurdu: Mən dua edərkən siz amin deyərsiniz.

Nəcran keşişi bu mənzərəni görəndə xristianlara üz tutub dedi: Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allah istəsə onların vasitəsi ilə dağı yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz. Buna görə də onlar Peyğəmbərə (s) dedilər: Ey Əbul-Qasim! Biz qərara gəldik ki, səninlə mübahilə etməyək və sən öz dinində qalasan, biz də öz dinimizdə.

Zəməxşəri bu hadisəni nəql etdikdən sonra yuxarıda qeyd olunan Mübahilə ayəsinin təfsirinə və Əhli–beytin (ə) məqamını bəyan etməyə və Möminlərin anası Aişədən rəvayət etdiyi bir hədislə onların yüksəkliyini izah etməyə başlamışdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə