Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri İmam Əli (ə) dostu Kümeyl ibn Ziyada Nəhrəvan döyüşündə hansı nəsihəti etdi?

Şiə məqalələri

İmam Əli (ə) dostu Kümeyl ibn Ziyada Nəhrəvan döyüşündə hansı nəsihəti etdi?

 

İmam Əli (ə) Səhabəsi Kümeylə buyurdu: “Yəqin ilə yatmaq, şübhə ilə namaz qılmaqdan xeyirlidir”.

Xəvaricdən (İmam Əlinin (ə) əmrindən çıxanlar) biri gecə namazı qılır, həzin səslə Quran tilavət edir və ağlayırdı. O, bu hərəkəti ilə hamını təsirləndimişdi. Elə ki, bu ayəyə çatdı: “Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə, kafirlə birdirmi)?!”-ayəni ağlayan bir səslə oxudu. Bu zaman Kümeyl ibn Ziyad həzrət İmam Əlinin (ə) yanında dayanmışdı. Kümeyl onun belə inilti ilə ayəni tilavət etməsini eşidib ah çəkdi. Həzrət (ə) onun ah çəkməsinin səbəbini soruşdu.

Kümeyl dedi: Bu qarinin həzin səsinə görə ah çəkdim. Kaş mən onun bədənində bir tük olaydım ki, həmişə bu ayəni ondan eşidəydim. İmam (ə) buyurdu: “Ah çəkmə və belə bir arzu etmə”. Sonra buyurdu: “Yəqin ilə yatmaq, şübhə ilə namaz qılmaqdan xeyirlidir”.

Bir müddətdən sonra Nəhrivan müharibəsi baş verdi. Xəvaricdən olan həmin kişi də həzrət İmam Əliyə (ə) qarşı döyüşdə iştirak etdi və nəhayət öldü. İmam Əli (ə) Kümeyli onun ölüsünün yanına çağıraraq buyurdu: “Bu həmin qaridir ki, onun bədənində bir tük olmağını arzulayırdın. Yenə də onu arzulayırsan?!” Kümeyl dedi: Dilimə gələn hər bir xəta üçün Allahdan bağışlanmağımı istəyirəm.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə