Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Həzrət Zəhranın (s.ə) izni ilə qapılar açılır

Şiə məqalələri

Həzrət Zəhranın (s.ə) izni ilə qapılar açılır

Mənim anam həzrət Musanın (ə) anasından əskik deyil

Həzrət Ayətullah əl-üzma Seyid Musəvi Şübeyri Zəncani “Cureyi əz dərya” (Dənizdən bir damla) kitabında bağlı qapıların açılması üçün “Ya Fatimə” zikrinin təsiri haqqında maraqlı hekayələr yazmışdır.
Seyid Mürtəza Kəşmirinin qonağı gəlir. Otağa daxil olmaq lazım olur. Amma otağın qapısı qıfıllı idi və açar alimin yanında deyildi. Seyid Mürtəza deyir: Məşhurdur ki, hər kəs həzrət Musanın (ə) anasının adını çəksə, bağlı qıfıl açılır. (Öz-özlüyümdə dedim:) Mənim anam həzrət Musanın (ə) anasından əskik deyil.
Seyid Mürtəza “Ya Fatimə” deyir və qapı açılır.
Ayətullah əl-üzma Seyid Musəvi Şübeyri Zəncani deyir: Mən Seyid Mürtəza Kəşmirinin əhvalatını bir neçə nəfərə danışdım. Buna oxşar hadisələr onlar və mənim üçün də baş verdi.
1. Bir dəfə qapı arxasında qalmışdım. Ailəm də evdə yox idi. Bizə qonaq gələcəkdi. Qapının bağlı olması məni utandırırdı. Mən “Ya Fatimə” dedim. Qapı açıldı. Bu hadisənin oxşarı mənim ailəm üçün də baş vermişdir.
2. Bizə qonaq gələcəkdi. Həyat yoldaşım eşikdə idi. Evin açarları da məndə idi. Mən evə tez qayıtmalı idim. Amma bunu unutduğumdan həyat yoldaşım qapı arxasında qalır. Tezliklə qonaq da gəlib çatacaqmış. Həyat yoldaşımın yadına Seyid Mürtəza Kəşmirinin əhvalatı düşür. O, “Ya Fatimə” deyərək qapını itələyir. Qapı açılır.
3. Böyük qardaşım Hacıağa İbrahim deyirdi: Qapının açarı sınmışdı və qapı açılmırdı. 15 dəqiqə nə qədər təlaş etdimsə qapı açılmadı. Seyid Mürtəza Kəşmirinin əhvalatını xatırladım və dedim: “Ya Fatimə”. Sonra qapını itələdim. Qapı açıldı.
4. Hacı Seyid Mehdi Ruhani, Əhmədi Miyanəcinin evinə gedir. Qonaq qarşılamaq üçün lazım olan vəsait yığılmış şkafın açarı itmiş olur. Seyid Ruhani “Ya Fatimə binti Muhəmməd” deyir və qapını itələyir. Qapı açılır.

Qaynaq: Ayətullah Seyid Musəvi Şübeyri Zəncani, “Cureyi əz dərya”, c. 2, səh. 516.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə