Cm.ax12022021

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Sünni aliminin min dəfədən artıq oxuduğu Nəhcul-Bəlağə xütbəsi

Şiə məqalələri

Sünni aliminin min dəfədən artıq oxuduğu Nəhcul-Bəlağə xütbəsi

Məşhur sünni aliminin min dəfədən artıq oxuduğu Nəhcul-Bəlağə xütbəsi
İslaminSesi – Sünni alimlərinin içində Nəhcül-Bəlağə ilə daha yaxından mənus olan alim İzz əd-Din bin Əbil-Həsən bin Əbil-Hədid əl-Mədəinidir. O əqidədə mötəzili, fiqhdə isə şafeidir.

əl-Xavanəsəri “Ravdatul-Cənnət” əsərində (5/20-21) Hibətullah İbni Əbil-Hədid (1190-1258) haqqında deyir:

"Nəhcul-Bələğə" kitabının məşhur şərhini yazan odur. O, araşdırmacı alimlərin böyüklərindəndir, elmdə dərya sayılan alicənabların ən alilərindəndir. İsmət və təharət əhlini (yəni Əhli-beyti) dəstəkləyənlərdəndir...Onun bütün gözəllikləri özündə toplayan və inciləri cəm edən şərəfli şərhi (yəni Şərh Nəhcul-Bəlağa) onun dindəki uca məqamına və möminlərin-əmiri Əlinin-əleyhissələm – şanında ğuluv etməsinə dəlalətdə kifayət edir... "

İbni Əbil-Hədidin Nəhcül-Bəlağə ilə bağlı yazdığı şərh hazırda islam dünyasının inkaredilməz və dəqiq faktlarını ortaya qoyan ən mühüm tarix kitablarından sayılır.

Bu alim İmam Əlinin kəlamlarının toplandığı Nəhcül-Bəlağə haqda misilsiz vəsflər deyib. Lakin o Nəhcül-Bəlağənin 221-ci xütbəsini ən azı min dəfə oxuduğunu etiraf edib.

Qeyd edək ki, Nəhcül-Bəlağənin 221-ci xütbəsində İmam Əlinin “əl-Hakumut-Təkasur” surəsini təfsir etməsi yer alıb.

İbni-Əbil-Hədid deyir ki mən bunu hər dəfə oxuyanda onun heybətindən titrəyərdim.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə