Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri İmam Əlidən (ə) qadın hüquqları ilə bağlı möhtəşəm tövsiyyə

Şiə məqalələri

İmam Əlidən (ə) qadın hüquqları ilə bağlı möhtəşəm tövsiyyə

Qadın reyhanədir (güldür) qəhrəmanə (pəhləvan) deyil
Həzrəti Əlinin ilahi və müdrik kəlamlarının yer aldığı Nəhcul-Bəlağə əsərini oxuyan başa düşər ki bu kəlamlar tanrı sözü olmasa da bəşər sözünə də bənzəmir. Çünki ilahi feyzdən qaynaqlanır. Bunu sünni alimi İbni Əbil-Hədid də dəfələrlə təkrarlayıb. Xristian alimi Corc Cordaq onu və kəlamlarını “İnsan Ədalətinin Sədası” adlandırıb və ruzigarın bir dəfə də belə insan yetişdirəcəyinə tərədüdlə yanaşıb. Xristian alimi Cobran Xəlil Cobranın sözlərinə görə, Əlinin vücudu ərəb dünyasında kamil insan obrazını yaradıb. Tomas Karlayl onun adını eşidən kimi elmi məsələlərdən uzaqlaşar məddahlığa başlayardı və sair.

Nəhcül-Bəlağədə həzrəti Əlidən qadınlarla rəftar barədə nəql edilən maraqlı bir hədis yer alıbdır, O hədisdən bir parçanı təqdim edirik:

“Qadının öhdəsinə gücü və bacarığı çatmadığından artıq bir iş qoyma! Qadın reyhanədir (güldür) qəhrəmanə (pəhləvan) deyil. Onu əzizləyəndə müəyyən həddi qoru! Hörmətini saxla, o dərəcədə ki (digərlərinin işini həll etmək üçün) sənin şəfaətində (nəsə edəcəyində) gözü olmasın. Lazımsız qeyrət etməkdən çəkin. Çünki yersiz qeyrət və əsassız pis fikirlər iffətli qadını pisliyə sövq edər

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə