Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Əhli-sünnə mənbələrində peyğəmbər (s), səcdə, torpaq

Şiə məqalələri

Əhli-sünnə mənbələrində peyğəmbər (s), səcdə, torpaq

 

Peyğəmbər (s) namaza səcdə edərkən alınını torpağa qoyardı. Bu hadqda Əhli-Sünnə kitablarından statlar:
Şiələr səcdəyə gedərkən alınlarını təmiz yerə qoymaq məqsədilə torpaqdan olan möhürə qoyurlar. ''Peyğəmbərin(s) səhabələri səcdə zamanı alınlarını torpağa qoyurdular.'' Bu hədis böyük əhli-sünnə alimlərinin kitabında gəlib, o cümlədən, ''Əs-sünnənül-Kübra'' (c. 2, səh.105), ''Müstədrəki Hakim'' (c. 1, səh.270), ''Sünnəni Beyhəqi'' (c. 2, səh.103). Hədisdən açıq-aydın görünür ki, Peyğəmbərin(s) yaxınları da səcdə zamanı alınlarını torpağa qoyurdular.
Əgər Peyğəmbər(s) və səhabələri alınlarını torpağa qoyurdularsa, bizlər də onlardan ibrət götürməliyik. Peyğəmbər(s) buyurur: ''Torpaq mənim üçün səcdə yeri və pak qərar verilmişdir.'' Bu hədis isə ''Kənzül-ümmal'' (c. 7, səh.465), ''Əl-Müsənnif'' (c. 1, səh.392), ''İrşadus-Sari'' (c. 1, səh.405) kitablarında gəlmişdir. Peyğəmbər(s) buyurur: ''Allahdan ötrü alnını torpağa qoy.'' Bu hədisi də ''Səhihi Müslüm'' (c. 1, səh.371), ''Səhihi Buxari'' (c. 1, səh.91), ''Sünnəni Beyhəqi'' (c. 1, səh.212), ''Sünnəni Nəsai'' (c. 1, səh.210), ''Sünnəni Tirmizi'' (c. 2, səh.131) kitalabrında rast gəlmək olar.
Əhməd İbni Şüeyb Nəsai Peyğəmbər (s)-in səhabəsi olan Əbu Səid Xidridən nəql edir ki, iki gözümlə gördüm namazdan sonra torpağın izini Peyğəmbərin alnında və bundan əlavə burnunda da, müşahidə etdim. Bu hədisi də, ''Sünnəni Nəsai'' (c. 2, səh.208), ''Səhihi Buxari'', ''Sünnəni Əbi Davud'' kitablarında görə bilərik.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə