Çr11132019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə ƏQİDƏ İnsanın əməllərini yazan 2 mələyin şahidliyi

ƏQİDƏ

İnsanın əməllərini yazan 2 mələyin şahidliyi

(Yada sal) o zaman(ı) ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onun sağında və solunda oturub qəbul edirlər. Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın”. (“Qaf” 17-18).
Allah Təala insanın əməllərini yazmaq üçün ona iki mələyi hakim edər ki, onlardan biri yaxşı əməllərini yazar və o birisi isə pis əməllərini. Bu yolla insanın Qiyamət günü əməllərini inkar etməsi üçün bəhanəsi qalmaz. Allah həmin gündə bütün bəhanə qapılarını bağlayar.
Əhli-Beytdən (ə) gələn hədisdə oxuyuruq: “O zaman ki, mömin insan dünyadan gedər, həmin iki mələk deyərlər: “Allahım, bəndənin ruhunu qəbz etdin, bizim vəzifəmiz nədir?”. Cavab gələr: “Mənim səmam Mənə ibadət edən mələklərlə doludur, Mənim yer üzüm də Mənə müti olan məxluqlarla doludur. Siz bəndəmin qəbrinə tərəf gedin və orada Qiyamətə qədər zikr deyin və onu bəndəmin həsənə dəftərinə yazın””.
Allah Özü insanın hər bir əməlinə nazirdir və agahdır. Əslində mələklərə heç bir ehtiyacı yoxdur. Çünki Allahın agahlığı mütləqdir, mələyin agahlığı isə məhduddur. Hətta mələklər üçün gizli olanları Allah insan haqqında bilir. Ancaq Allahın hikməti lazım bilir ki, insan üçün iki mələyi qərar versin ki, bütün əməllərini qeydə alsın. Qiyamət günü də həmin əməl dəftərini sahibinə çatdırsın. Əslində Allah Təala bu yolla mələklər vasitəsilə insana yardım edər və dünyanı onların vasitəsilə idarə edər.
Eyni zamanda əgər insan bilsə ki, ona iki mələk hakimdir və hər bir əməlini qeydə alır, o zaman öz əməllərinə nəzarət edər və günaha üz çevirməz. Allah Qiyamət günü insan üçün çox sayda şahid gətirər. Onlardan biri də bu iki mələk olacaqdır. Əgər insan onların şahidliyini inkar etsə, o zaman öz bədəninin əzaları şahidlik edər. Necə ki, Quran buyurur:“Nəhayət onların hamısı oda çatanda ətləri, gözləri və bədənlərinin dəriləri onlara qarşı, (dünyada) etdiklərinə(dünyada görüb şahid olduqlarına) şəhadət verərlər”. (“Fussilət” 20).
Bəli, o zaman ki, əməl dəftərində yaxşı əməllərin sayı çox olarsa, insanın şadlığına və sonsuz sevincinə səbəb olar. Əks halda əgər pis əməlləri çox olarsa, insanı məyus və qəmgin edər. Bu insanların əməl dəftəri siccin lövhəsində yazılar ki, varlıq aləminin ən alçaq mərtəbəsidir. Sahibinin lənətlənməsinə səbəb olar. Lakin yaxşı əməl sahiblərinin əməl dəftəri illiyyin lövhəsində yazılar və mələklər ondan iftixarla bəhs edərlər.
Beləliklə, Quran və hədislərimizdən bu nəticəyə gəlmək olur ki, bu iki mələk Qiyamət günü əməllərimizə şahidlik edəcəklər. Quran buyurur: “(Həmin gün) hər bir kəs bir sürükləyənlə və (əməllərinə şəhadət verəcək) bir şahidlə gələcəkdir”. (“Qaf” 21).
Bu ayəni belə təfsir edirlər ki, Saiq həsənələri yazan mələkdir, Şəhid isə pis əməlləri yazandır. Cabir Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “O zaman ki, Qiyamət olar, insanın xeyir və şər işlərini yazan iki mələk yenə insanın sorağına gələrlər. Əməl dəftərini açar və boynuna atarlar. Onunla birlikdə olarlar: biri saiq kimi, o birisi isə şəhid kimi”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə