Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Məhərrəmin yeddinci günü nə baş verib?

Məhərrəm yazıları

Məhərrəmin yeddinci günü nə baş verib?

Bu gündən etibarən imam Hüseyn və əshabı susuz qaldılar

Məhərrəmin 7-inci günü Abdullah ibni Ziyad Ömər bin Sədə “Hüseyn mənə itaət etməlidir. Bunu etməsə onunla su arasında maneə yarat. Mən suyu xristian və yəhudilərə halal, Hüseynə isə haram edirəm.” deyir.

Ömər bin Səd də ibni Ziyadın bu əmrinə itaət edərək Ömər bin Həccacı 500 nəfərlə Fərat çayının sahilində keşik çəkməyə məmur edir. Onların vəzifəsi imam Hüseyn və əhli-beytinin sudan istifadə etməyə icazə verməmələri idi.

Bu vaxt Abdullah bin Həsin Əzdi adında biri uca səslə deyir: “Ey Hüseyn! Bu suyu artıq asiman rəngində görməyəcəksən. And olsun Allaha ki, ondan ölənə qədər bir qətrə belə içməyəcəksən.”

İmam Hüseyn (ə) bunun müqabilində buyurdu: “İlahi, onu susuzluqla öldür və heç vaxt rəhmətini ona şamil etmə.”

Həmd bin Səlam deyir: “Allaha and olsun ki, bu duadan sonra o şəxsin yanına getdim. Ondan başqa rəbb olmağa laiq olmayan Allaha and olsun ki, Həsin Əzdini çoxlu su içən halda gördüm. O qədər su içirdi ki, suyu qaytarıb “Susuzam!” deyə qışqırırdı. Onun gözü doysa da susuzluğu aradan getmirdi. Nəhayət bu halla dünyadan getdi.”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə