Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqli İmam Hüseynin (ə) möcüzələri – “Ölünü diriltməsi”

Maraqli

İmam Hüseynin (ə) möcüzələri – “Ölünü diriltməsi”

Ravi[1] deyir: İmam Hüseynin(ə) yanında oturmuşduq. Bu zaman bir cavan ağlaya-ağlaya daxil oldu. İmam(ə) ona buyurdu: Niyə ağlayırsan? O, cavab verdi: Anam indicə vəfat etdi və vəsiyyət də etməmişdir. O, bir çox mal-dövləti barəsində heç bir iş görməyim.

İmam Hüseyn(ə) buyurdu: Qalxın ayağa o qadının evinə gedək! Hamı İmam Hüseyn(ə) ilə birlikdə o qadın vəfat edən evə çatdıq.

İmam Hüseyn(ə) evə daxil olub, dua etdi ki, Allah-təala o qadını, istədiyi şeyləri vəsiyyət etmək üçün diriltsin. Allah-təala Həzrət Hüseynin(ə) duasına görə onu diriltdi. Elə halda ki, o, oturub «kəlmeyi-şəhadət» deyirdi. Bu zaman İmam Hüseynə(ə) baxıb dedi: Daxil ol! Ey Mənim ağam! Mənə fərman ver.

İmam(ə) daxil olub, oturduqdan sonra, o qadına buyurdu: Vəsiyyət et! Allah  sənə rəhmət etsin!

Qadın dedi: Ey Peyğəmbərin nəvəsi! Filan qədər mal, bu məkanlarda varımdır. O malların üçdə birini sizin üçün qərar vermişəm.

Məsləhət gördüyünüz yerlərə və dostlarınıza xərc edin. Üçdə ikisini isə bu oğlum üçün ayırmışam. Əgər səni dostlarından olsa, bu mallardan istifadə etməyə haqqı var. Yox əgər sənin düşmənin və müxalifindirsə, bu mallardan istifadə etməyə haqqı yoxdur.

Sonra İmamdan(ə) onun üçün namaz qılmağı və işlərinə nəzarət etməyi istədi. Yenidən əvvəlki halına qayıtdı.[2]

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə