Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Pak sülalə Həzrət Əbbas (ə) Həzrət Abbasa (ə) niyə səqqa dedilər?

Həzrət Abbasa (ə) niyə səqqa dedilər?

Suzuzuq İmam Hüseyn (ə) və səhabələrini əldən salan zaman qardaşı Abbası 30 atlı, 20 piyada və 20 tuluq ilə su dalınca göndərdi. Suya yaxınlaşan zaman Ömər ibni Həccac dedi: “Kimsiniz?”. Nafə ibni Həlal dedi: “Mən sənin əmin oğlunam və İmam Hüseynin (ə) yaxınlarındanam. Gəlmişəm bu sudan içəm”. Dedi: “İç”. Nafə dedi: “Mən necə su içim ki, Hüseyn (ə) və yoldaşları susuzluqdan ölürlər?”. Dedi: “Düz deyirsən, ancaq biz məmur edilmişik və vəzifəmizi yerinə yetirməkdən başqa çarəmiz yoxdur”. Nafə yanındakıları çağırdı və Fərata daxil oldular. Ömər də əsgərləri çağırdı ki, onlara mane olsunlar. Hər iki dəstə arasında dava oldu və İmam Hüseynin (ə) səhabələrindən bir dəstə vuruşur və bir dəstə isə tuluqları doldururdular. Tuluqların hamısı doldu və düşmən tərəfdən bir neçə nəfər öldürüldü, ancaq İmamın (ə) ordusundan heç kəs öldürülmədi. Bu insanlar tuluqları götürüb ordugaha qayıtdılar. İmam Hüseyn (ə) və yoldaşları su içdilər və Abbası səqqa (su ilə təmin edən) adlandırdılar”.
Ömər Səd (lən) ordusunun İmamın (ə) tərəfdaşlarına və ailəsinə etdiyi zülmün tayı-bərabəri yoxdur. Seyyid ibni Tavus nəql edir: “İmam Hüseyn (ə) döyüşə getməzdən əvvəl buyurdu: “Mənə elə bir libas gətirin ki, heç kəs onu parçalamağa rəğbət göstərməsin”. Ona kiçik bir şalvar gətirirlər və o, deyir yox, bu zəlillərin paltarıdır. Köhnə bir köynəyi götürür və parçalyaıb, paltarının altından geyinir. İmam (ə) şəhid olan kimi həmin köhnə köynəyi də əynindən çıxardırlar. Bu işi Bəhr ibni Kəəb etdiyinə görə yay fəslində əlləri quru çubuq kimi olurdu, qış fəslində isə rütubətli olurdu. Əlindən çirk axardı”.
Seyyid ibni Tavus nəql edir: “Əshaq ibni Hubə İmamın köynəyini əynindən çıxardır və özü geyinir. O, ekzema xəstəliyinə düçar olur və saçları tökülür. Bu köynəyin üzərində yüzdən çox yara izi var idi”. İmam Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) bədənində 33 nizənin, 34 qılıncın zərbə izi var idi”.
İmamın (ə) əmmaməsini Əxəs ibni Mərsəd aparır və Həzrətin (ə) ayaqqabısını Əsud ibni Xalid çıxardır. Mübarək üzüyünü Bəcdəl ibni Səlim Kələbi çıxardır. Bu üzüyü Həzrətin (ə) barmağı ilə aparır. Muxtar bu insanı tutur və əllərini və ayaqlarını kəsir və bu halda buraxır və o, da qanaxmadan ölür. Həzrətin (ə) zirehi qısa və ətəksiz idi və Ömər Səd (ə) onu götürdü. Ömər (ə) cəhənnəmə vasil edilən zaman Muxtar həmin zirehi Öməri öldürən Əbi Ümrəyə bağışlayır. Həzrətin (ə) qılıncını Cumi ibni Xəlq Əzdi götürür.
Muhəmməd ibni Müslim nəql edir ki, İmam Sadiqdən (ə) İmam Hüseynin (ə) (İmamət) üzüyünün aqibəti barəsində soruşdum və Həzrət (ə) buyurdu: “Hüseyn (ə) İmam Səccadı (ə) öz vəsisi qərar verir və üzüyü onun barmağına taxır. İmaməti ona tapşırır. Necə ki, Peyğəmbər (s) Əli (ə) ilə rəftar etmişdi. Sonra həmin üzük atamdan mənə çatdı və indi mənim yanımdadır. Hər cümə onu barmağıma taxıram və onunla namaz qılıram”.
Yezid (lən) ordusunun düşmənçiliklərini saymaqla bitməz. Allah onlara Qiyamətə qədər lənət etsin və Qiyamət günü də ən ağır cəza ilə cəzalandırsın. Amin!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə